Menu

Əməkhaqqı fondu daha 16 faiz artıb

22.08.2022, 11:25
Əməkhaqqı fondu daha 16 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bu artımın əsasında qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks tədbirlər, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daimi artması dayanır.

Ümumilikdə aparılan islahatlar nəticəsində son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə və ya 8 milyard manat artıb.

Şərhlər

t.ədalət 2022-08-22 15:13:33

Azərbaycan hökuməti köhnə palan içi tökməkdən yorulmur.Xalqın vəziyyəti bu gün necədir?Məncə keçmişdəki qarışıq-bulaşıq artımlardan yox,bu günkü ehtiyacdan və onu aradan qaldırmaq üçün atılacaq addımlardan danışmaq lazımdır.Xalq dərman almağa pulk tapmır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol