Menu

Bu gün Əbülfəz Elçibəyin anım günüdür - Vəfatından 22 il ötür

22.08.2022, 12:40
Bu gün Əbülfəz Elçibəyin anım günüdür - Vəfatından 22 il ötür

Bu gün milli azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının ikinci Prezidenti (1992-1993) Əbülfəz Elçibəyin anım günüdür.

Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy, 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub.

1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib.

Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Xərçəng xəstəliyindən əziyyət çəkən Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin.

"AzPolitika.info"

Şərhlər

Eli 2022-08-22 14:51:21

Allah Ebülfez Elçibeye qeni qeni rehmet eylesin ,mekanı Cennet Ruhu şad olsun!Amin Bey Böyük İnsan ve Kişi adam idi.

Mirzə AĞ 2022-08-22 14:05:57

Bu kişi rəhmətini sağlıııığında qazanıb!!!

miri 2022-08-22 12:50:39

Bu dünyaya bir "İnsan-Dövlət adamı-Şəxsiyyət" adını yazdın BƏYim! "Uzaqda bir yol"u daim xatırlayıb bu yolu getməyi əmanət etsin. Bizlərə düşən ömür payında nə Sizi nə də dediklərinizi unutmarıq! Allah məzarını nurlu etsin. İNŞALLAH.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol