Menu

“Rusiya Ukrayna infrastrukturlarına hücum edəcək”– “Reuters”

23.08.2022, 12:11
“Rusiya Ukrayna infrastrukturlarına hücum edəcək”– “Reuters”

Rusiya yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirməyi planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Reuters” agentliyi məlumat yayıb.

Agentlik etibarlı mənbələrinə istinadla bildirir ki, yaxın günlərdə Ukrayna əhalisi üçün ciddi təhlükələr gözlənilir: “Bizdə məlumat var ki, Rusiya yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səylərini artıracaq. Rusiyanın Ukraynada törətdiyi vəhşilikləri nəzərə alsaq, onların mülki əhalini hədəf alacağı istisan edillmir”.

Xatırldaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın mümkün hücumlarıyla bağlı əhaliyə xəbardarlıq edib. Zelenski təhlükəsizlik səbəbi ilə Ukraynada kütləvi tədbirlərin keçirilməsinin bir müddət qadağan edildiyini açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol