Menu

Azərbaycanda vəzifəli şəxs arvadına görə istefa verdi - FOTO

23.08.2022, 20:00
Azərbaycanda vəzifəli şəxs arvadına görə istefa verdi - FOTO

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini işdən çıxıb. Lent.az-ın məlumatına görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayev Lənkəranda yaşamaq imkanına malik olmadığı üçün vəzifəsindən imtina edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.

Bildirilib ki, Famil İsayevin vəzifəsindən imtina etməsi həyat yoldaşının səhhəti ilə əlaqəlidir: “Onun həyat yoldaşının səhhətində problemlər var idi. İş yerinin yerləşdiyi ərazinin iqlimi yoldaşının xəstəliyinə uyğun olmadığı üçün ərizə yazaraq vəzifəsindən imtina edib”.

Xatırladaq ki, Famil İsayev bu ilin mayın 30-u Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Famil Kamal oğlu İsayev 2004-cu ildə Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə Ekologiya ixtisası üzrə magistr pilləsini bitirib.

O, peşəkar fəaliyyəti dövründə coğrafiya müəllimi, özəl təhsil sektorunda idarəçi, fənn metodisti, təlimçi, müxtəlif layihələrin rəhbəri və Təhsil İnstitutunun coğrafiya fənni üzrə vebinarının spikeri olub. Eyni zamanda ixtisası üzrə müxtəlif dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir. Qeyd edək ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi yaradılıb.

Şərhlər

Mwbariz'ə 2022-08-24 01:07:02

Ermənilər utanmaz və həyasızdırıar.

t.ədalət 2022-08-23 21:15:28

"Lənkəran-Astara regional təhsil idarəsi" ifadəsi həmin idarəyə tabe olan raytonlar üçün bir təhqirdir.Axı,Masallı,Yardımlı rayonları Lənkəranla Astaranın arasında yerləşmir.Bunu hansı savadsız formülovka edib?Burda söhbət Lənkərandan Astaraya qədər ərazidən gedir.Ona görə də Təhsil idarəsinin yazılışı belə olmalıdır:Astara- Masallı.Aralıqdakı rayonlar buraya daxil edilməlidir.

Mubariz 2022-08-23 20:05:47

Bu istefa deyil ,sadəcə həyat yoldaşı kəndə getmək istəməyib ,yerini dəyişəcəklər ,vəssalam . Bizdə istefa mədəniyyəti yoxdur , FHN-də baş verənləri yada salanda ,düşünürdüm ki , heç olmasa yanğınsöndürənlərin rəisi « general » utanıb istefa verər , o da « dirsəyini » göstərdi

Vahid 2022-08-23 19:06:06

Bu nömrədir.Kimsə oonun qohunlarından və tya yerlilərindn ana Bakıda vəzifə verəcəyini söyləyib.Yoxsa elə iş hamıya var ki, o hələ vzifədən gedir.Bu yeni oyun deyil.Lənkəran kimi səfalı,yaşamalı rayon var?

Qasanaqa mirzəyev 2022-08-23 14:10:51

Yuxarı vəzigə verləcək. Naratlığa əsas yoxdu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol