Menu

Bakı metrosunun "Bənövşəyi" xəttinə 6 vaqonlu qatarlar buraxılacaq

23.08.2022, 14:16
Bakı metrosunun "Bənövşəyi" xəttinə 6 vaqonlu qatarlar buraxılacaq

"Bakı Metropoliteni" QSC-nin "Bənövşəyi" xəttində hərəkət edən 5 vaqonlu qatarlar ilk növbədə 6 vaqonlu, tədricən isə 7 vaqonlu qatarlarla əvəz olunacaq.

"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov bildirib.

"Artıq 6 vaqonlu qatarlar "Xocəhəsən" elektrik deposuna göndərilib. Hazırda onlarda sazlanma, sınaq və digər işlər həyata keçirilir. "Xocahəsən" stansiyasından başlayan bu xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə turulub. Sərnişinlərin tələbatını ödədiyi üçün hələ ki, orada 5 vaqonlu qatarlar hərəkət edib, amma tədricən vaqon sayı artırılacaq", - deyə o, qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol