2014-cü ildə Rusiyanın işğal etdiyi Krımda istirahət edən rusiyalı turistin sosial şəbəkə hesabından paylaşdığı foto böyük müzakirələrə səbəb olub.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bir neçə il öncə Krımda tətildə olan rus turist çimərliyin yaxınlığında yerləşdirilən “S-400” hava hücumundan müdafiə sistemləri ilə foto çəkdirərək, sosial şəbəkə hesabında paylaşıb.
Və beləcə Yevpatoriya yaxınlığında çəkilən fotonun köməkliyi ilə Ukrayna ordusu “S-400” -lərin dəqiq koordinatlarını müəyyən edib.
Qeyd edək ki, rus turistin bu hərəkəti Ukrayna rəsmilərinin də diqqətindən yayınmayıb. Belə ki, bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyi adı açıqlanmayan turistin fotosunu paylaşaraq bunları yazıb: “Bəlkə də biz rus turistlərə “Krımda tətil etməyin” deyərək haqsızlıq edirik. Məsələn, bu adamın bizə çox xeyri dəydi. Sağ olsun və belə çalışmağa davam etsin”.
“AzPolitika.info”


Şərhlər