Menu

“”FSB” Rusiyada yeni terror aktları təşkil edəcək”- Aleksey Danilov

23.08.2022, 15:43
“”FSB” Rusiyada yeni terror aktları təşkil edəcək”- Aleksey Danilov

“Rusiya xüsusi xidmət orqanları Rusiyada bir sıra terror aktları hazırlayır. Duqinada onlardan biri idi. Rusiya bu terror hadisələri ilə ümumi səfərbərliyə haqq qazandırmağa və ölkədə anti-Ukrayna isteriyasını qızışdırmağa çalışır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, “Putinin ideoloqu” Aleksandr Duqinin qızının avtomobilinin partladılması terror aktlarını başladacaq ilk hadisə olub: “Ukraynanın rus təbliğatçısının qızının ölümündə heç bir günahı yoxdur. Çünki Ukrayna mülki vətəndaşları öldürmür. Bu cür işlərlə Rusiya məşğul olur. Kremlin ictimai səfərbərliyə ehtiyacı var. Ona görə də “FSB”-nin Rusiya şəhərlərində dinc əhali arasında kütləvi tələfata səbəb olacaq silsilə terror aktları təşkil edəcəyi gözləniləndir”.

“AzPolitika.info”

Şərhlər

MRP 2022-08-23 16:11:00

Bu terakt FTX peşəkarların işidir.İkinci Çeçen müharibəsini başlamaq üçün Moskvada bir neçə binada partlayış törətmişdilər.Günahı çeçenlərin üstünə atmışdılar.Yəqin ki yenə nə isə bir planları var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol