Menu

Sərhədlərin demarkasiyası üzrə növbəti görüşün tarixi bilindi

23.08.2022, 16:03
Sərhədlərin demarkasiyası üzrə növbəti görüşün tarixi bilindi

Avqustda Rusiyanın paytaxtı Moskvada Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyaların nümayəndələrinin iclasının keçirilməsi planlaşdırılır.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

“Hazırda məsələlərin ayrıca gündəliyi müəyyən edilməyib”, - deyə ofisdən bildiriblər.

Xatırladaq ki, mayın 24-də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri- Şahin Mustafayev və Mqer Qriqoryanın sərhəddə görüşü baş tutub. Bu, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk görüş olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol