Menu

Azərbaycana xaricdən göndərilən pullar kəskin artıb - Məbləğ açıqlandı

23.08.2022, 16:19
Azərbaycana xaricdən göndərilən pullar kəskin artıb - Məbləğ açıqlandı

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin birinci yarısının yekunları ilə bağlı "Pul Siyasəti İcmalı"nı açıqlayıb.

"AzPolitika.info" xəbər verir ki, sənədə görə, bank, maliyyə müəssisəsi və ya poçt vasitəsilə bu ilin yanvar-iyun aylarında Azərbaycana 1 milyard 128 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur. Sənəddə pul baratlarının hansı ölkələrdən gəldiyi qeyd olunmur.

İqtisadçı Nemət Əliyev "Azadlıq" radiosuna şərhində bildirib ki, Azərbaycana daxil olan pul baratların həcmində artım Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli ola bilər: "Azərbaycana ən çox pul Rusiya və Ukraynadan göndərilir. Ukrayna və Rusiyada öz sahibkar fəaliyyətini rahatlıqla həyata keçirə bilməyən azərbaycanlılar pullarını hansısa bir şəkildə Azərbaycana ötürmək məcburiyyətində qalıblar. Çox böyük ehtimalla bu pulların böyük bir hissəsi də sanksiyaların daha ciddi şəkildə tətbiq olunduğu dövrə qədər Azərbaycana daxil olub. İş adamları öz vəsaitlərini qorumaq məqsədilə bu addım atıblar".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol