Təhsil idarəçiləri təhsilə bağlı adamlar olmayanda...

Etibar ƏLİYEV

2019 -cu ildə İqtisadiyyat üzrə Nobel mükafatına Massaçuset Texnologiya İnstitutunun professorları Abidjuti Benerji, Ester Dyufo və Harvard Universitetinin professoru Maykl Kremer layiq görüldülər. Onların təhsil sahəsindəki eksperimentləri mənə maraqlı gəldi.

Kremer ötən əsrin 90-cı illərindən etibarən aydınlaşdırmaq istəyirdi ki, təhsildə hansı tələb və təkliflərin bağlı olduğu faktorlar keyfiyyətin artırılması üçün daha əhəmiyyətlidir. Dərsliklər formasında əlavə resurslar, məktəb lövhələrini əvəz edən flipçartlar, bağırsaq qurdlarına qarşı mübarizə proqramının köməyi vasitəsilə uşaqların sağlamlığının qorunması, uşaqların məktəbdə yeməklə təminatı, şagirdlərin standart testlərdəki nəticələrinə bağlı müəllimlərə material stimulların təqdim olunması kimi məsələlər öyrənildi. Bu tədqiqatların nəticələri yanaşmaların hansının işləməsini, hansının işləməməsinə yenidən baxmaq imkanları yaratdı. Aşkar olundu ki, əlavə resursların təqdim olunması məhdud effekt verir. Flipçartların uşaqların təhsil nəticələrinin yaxşılaşdırılmasına heç bir təsiri yoxdur, dərsliklər isə ən güclü şagirdlərin nəticələrini yaxşılaşdırıb. Müəllimlərə material stimulların təqdim edilməsi isə şagirdlərin yerinə yetirdikəri test tapşırıqlarının nəticələrini yaxşılaşdırdı, lakin digər təhsil nəticələrinə heç bir təsir göstərmədi.

Nobel mükafatçılarının birgə eksperimentləri göstərdi ki, ənənəvi olaraq təhsilin keyfiyyətinə təsir edən amillərdən biri sayılan müəllim və şagird nisbətinin sadə şəkildə azaldılmasının da gözlənilən keyfiyyətə təsiri yoxdur. Qaldı şagirdlərin bilik səviyyələrinə uyğun patoklara bölünməsi. Nəzəri cəhətdən bu yanaşma birmənalı qarşılanmamalı idi. Lakin eksperimentlər tamam başqa nəticələri ortaya çıxardı. Uşaqların patoklara bölünməsi onların əvvəlki bilik səviyyələrindən asılı olmayaraq demək olar ki, hamısının təhsil nəticələrinin yaxşılaşmasına gətirdi.

Digər nəticə: Məktəb idarəçiliyinin dəyişməsi təhsilin keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına imkan verir. Təhsilin keyfiyyətini izləmək səlahiyyəti, müəllimlərin zəruri stimullarını aşkara çıxarıb təqdim edə bilən mühüm səlahiyyətlər valideyn komitələrinə verildikdə keyfiyyət dəyişikliyi yarana bilər.

Nobelçilərin meta-analizinin nəticələri göstərir ki, əsasən iki tip intervensiyanın təsiri qaçılmazdır: Öyrətmə prosesində şagirdlərin bilik səviyyəsinə köklənən pedaqoji yanaşmanın dəyişməsi, müəllimlərin düzgün stimullaşdırılmasının təqdim olunması və onların hesabatlılığının artırılması.

Nobelçilərin tədqiqatları və gəlinən nəticələr demək olar ki, əksər ölkələr üçün eynidir. İş burasındadır ki, təhsil idarəçilərinin özləri təhsilə bağlı adamlar olmadıqda bir problem başqa problemlərə yol açır.

635x100

Şərhlər

Eldar Əsğərov 2023-03-29 14:06:32

Yazılanlarla razıyam,Bizdə sadəcə olaraq Milli təhsil strateğiyasıını eksperimental qazanc mənbəyinə çeviriblər.Hal hazırda ikili proqram əsasında orta məktəblərdə tədris biri DİM -nin proqramları və dərsliklə ikincisi isə Təhsil və elm nazirliyinin tədris materiallari onlar demək olar ki, fərqlidirlər.Qəbul tesləri DİM-nin proqramları və bəzən digər spesifik suallar salınır.Nəzərə alsaq ki, orta ümumi təhsil məktəblərinin buraxılış siniflərində(9-11) şagirdlər hazırlıqlara getdikləri üçün dərslər keçirilmir,onda sual olunur orta təhsilin nu sinifləri nəyə gərəkdir biz kimi aldadırıq

Müəllim 2022-08-24 10:54:12

Təhsil alverqazanc yerinə çevrilib.Buraya dövlətin sərt nəzarəti vacibdir. Əfsus ki, uzun illərdir dövlət başqa sahələr kimi təhsili də yanlış olaraq özbaşına buraxıb.Bunun ağır nəticələrini əllərində diplom olan işsiz gənclər və Azərbaycan çəkir.M.Cabbarovdan sökülməyə başlayan təhsil hələ də davam edir.Təsadüfi adamları nazir,müavin,idarə müdiri,şöbə rəisi qoymaqla iş daha datənəzzülə düşüb.

Nur Mustafayev 2022-08-23 22:46:40

Düzgün yanaşmadır.

Jurnalist 2022-08-23 22:36:18

Rayonlardaki tehsil idarelerinin vezifeli sexsleri Elm ve Tehsil Nazirliyi aparatinda isleyenlerin yaxin ve uzaq qohumlarinin edebaz bigi teze terleyen usaqlaridir. Neocon Emin emrullayev sadece ne etdiyini bilmeyen nazir olmaga calisan vetendasdir. Serhleri derc etmek ucun azpolitika bank hesabini saytin kuncune yerlesdirse yaxsi olardi.

Son yazılar