Rusiya Federasiyası Dövlət Dumasının deputatı Leonid Slutski «Putinin ideoloqu» Aleksandr Duqinin qızı Daryanın dəfnində nasist lozunqu ilə diqqəti cəlb edib.
Bu barədə «Meduza» xəbər verir.
Duqinanın həlk olmasını şərh edərkən, Slutski bəyan edib ki, guya onu «açıq danışdığına» görə öldürüblər. Deputat əmindir ki, onun adı ilə uşaqları, küçələri, məşhur yerləri adlandıracaqlar. Üstəlik də Slutski arzulayıb ki, Kiyevdə təbliğatçının şərəfinə küçə meydana gələcək.
Slutski səs-küylü bəyanatlardan başqa, nasist lozunqu ilə də seçilib. «Bizim müxtəlif pozisiyalara hüququmuz var, amma biz, əvvəllər heç vaxt olmadığı qədər, ən yeni tariximizdə birlik nümayiş etdirməliyik. Bir ölkə! Bir prezident! Bir qələbə!» - Slutski bəyan edib.
«Bir xalq, bir reyx, bir fürer» (alman dilində «Ein Volk, ein Reich, ein Fuhrer») bəzən «Bir xalq, bir imperiya, bir başçı» kimi də tərcümə olunur - nasist Almaniyasının məşhur lozunqudur, almanların vahid xalq cəmiyyəti ətrafında cəmləşməsinı ifadə edir.
AzPolitika.info


Şərhlər
Əski Əsgəranlıya cavab: Nə dediyini anlamadım.5-ci kolon kimi beynin dumanlıdır.Bircə onu deyə bilərəmki Əskəranlının əskisi olmur. Əsil Əskəranlı sənin kimi fikirləşmir.
Bizim Camaat heç bir insana, liderə, digər canlıya belə tüpürməz!? Daşnağ qalıqlarına yuxarı Qarabağa, Zəngəzura çəkilən yollardan, onların Sülhməramlı mühafizəsindən, xüsusi avropa maliyyəsindən xəbəriniz yoxmu ki, böyük AliCənablığı murdarlayırsınız?
Tüpürüm sizin liderə də ,millətinizə də,ideyanızada.