Menu

Borrel Türkiyəni Rusiyaya təsir göstərməyə çağırıb

23.08.2022, 22:41
Borrel Türkiyəni Rusiyaya təsir göstərməyə çağırıb

Avropa İttifaqı diplomatiyasının başçısı Jozep Borrel türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb, danışıq zamanı o, ümid etdiyini bildirib ki, Türkiyə Ukraynada hərbi əməliyyatların dayandırılması məqsədilə özünün Rusiyaya bütün təsirindən istifadə edəcək.

Bu barədə Borrel bazar ertəsi «Tvitter»də xəbər verib.

«Mən, Ukrayna buğdasının ixracı üzrə BMT sövdəsinin təmin olunmasında və Ukraynaya qarşı Rusiya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolunu qeyd etdim. Avropa İttifaqının sanksiyalarının təsirini müzakirə etdim və əmin olduğumu bildirdim ki, Türkiyə öz təsirindən istifadə edə biləcək ki, Rusiya bu mənasız müharibəni dayandırsın» - o, yazıb.

AzPoltika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol