Menu

Ukrayna XİN-dən şok bəyanat: Mindən çox uşaq qaçırılaraq rus ailələrə verilib

24.08.2022, 00:46
Ukrayna XİN-dən şok bəyanat: Mindən çox uşaq qaçırılaraq rus ailələrə verilib

"Ukraynalı uşaqlar Rusiyaya qaçırılaraq qanunsuz övladlığa götürülür".

Musavat.com xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya tərəfi azyaşlıları Ukrayna ərazisindən çıxardaraq onların Rusiya vətəndaşları tərəfində övladlığa götürülməsini təmin edir. Mariupoldan qaçırılan 1000-dən çox uşaq artıq rus ailələrə təhvil verilib.

"Təkcə Krasnodar şəhərinin Ailə və Uşaq Problemləri İdarəsinin məlumatına görə, Rusiya ordusu tərəfindən əsir götürülən Mariupoldan olan 1000-dən çox ukraynalı uşaq qanunsuz olaraq Tümen, İrkutsk, Kemerovo və Altay əyalətinə təhvil verilib. 300-dən çox uşaq isə hazırda Krasnodar diyarında ixtisaslaşmış müəssisələrdədir", - Ukrayna XİN-in məlumatında qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol