Müvəqqəti işğal olunmuş Mariupolda itlər qida axtararkən, atəş nəticəsində həlak olmuş naməlum şəhərlilərin məzarlarını dağıdırlar.
Bu barədə Mariupol şəhər şurası xəbər verir.
«İşğal olunmuş Mariupolda hələ də meyitlərin xaotik dəfn olunmuş yerlərlərdən eksqumasiya olunması məsələsi qapadılmayıb. Belə ki, avara itlər qida axtarışında olarkən, Primorsk rayonunda atəş nəticəsində həlak olmuş naməlum şəhərlilərin məzarlarını qazıyırlar. Birincisi, bu, həlak olmuş mariupolluların ruhuna biganəlikdir, ikincisi - bu ehtiyatsızlıq infeksiya partlayışı yarada bilər» - xəbərdə deyilir.
Belədə, bütün Rusiyanın «baş keşişi» Kiril müəllimin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada apardığı işğalçılıq müharibəsinə dəstək verməsi ən yaxşı halda, qətiyyətlə qınanmalı, onun pravoslav məzhəbi adı altında insanlara sırıdığı "cəfəngiyat" isə rədd edilməlidir. Nəzərdən qaçırmaq olmaz ki, Mariupolda ruhunu ac itlərin «təhqir etdiyi» ölülər də pravoslav məzhəbinə qulluq edən insanlar olublar.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər