Menu

"Rusiya Tacikistan və Qırğızıstandakı hərbi bazalarını döyüş hazırlığı vəziyyətinə gətirib" - Şoyqudan açıqlama

24.08.2022, 15:33
"Rusiya Tacikistan və Qırğızıstandakı hərbi bazalarını döyüş hazırlığı vəziyyətinə gətirib" - Şoyqudan açıqlama

"Əfqanıstandakı vəziyyət fonunda Rusiya Tacikistan və Qırğızıstandakı hərbi bazalarının döyüş hazırlığını artırır".

"AzPolitika.info" Rusiya mediasına istinadla xəbər verir ki. bu barədə müdafiə naziri Sergey Şoyqu ŞƏT ölkələrinin hərbi idarə rəhbərlərinin görüşündə deyib.

“Biz öz növbəmizdə Qırğızıstan və Tacikistandakı Rusiya hərbi bazalarının, eləcə də mümkün böhran vəziyyətlərinə qarşı digər cavab qüvvələrinin döyüş hazırlığını artırırıq”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyət İŞİD və Əl-Qaidə kimi beynəlxalq terror təşkilatlarının fəallaşdığı Mərkəzi Asiyada təhlükəsizliyə ciddi problem olaraq qalır.

“Ölkədə davam edən silahlı qarşıdurma fonunda sosial-iqtisadi vəziyyət pisləşir, dini radikalizm ideologiyası aşılanır, narkotik vasitələrin qanunsuz dövriyyəsi və transsərhəd cinayətkarlıq çiçəklənir”, - S.Şoyqu bildirib. 

O vurğulayıb ki, Rusiya Əfqanıstanın nizamlanması üzrə istənilən beynəlxalq təşəbbüsləri alqışlayır və eyni zamanda Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görür.

Şoyqu xatırladıb ki, iyunda Moskvada Mərkəzi Asiya ölkələri və Rusiyanın müdafiə nazirlikləri rəhbərlərinin ilk görüşü keçirilib, görüş zamanı Əfqanıstandakı vəziyyət və onun sabitləşdirilməsi yolları nəzərdən keçirilib.

“Biz inanırıq ki, bu cür görüşlər ŞƏT platformasında, o cümlədən hüquq-mühafizə orqanlarımız arasında koordinasiyanı gücləndirmək üçün vasitə olacaq. Üstəlik, Əfqanıstan ŞƏT-də müşahidəçi dövlətdir”, - Şoyqu fikirlərini yekunlaşdırıb.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol