Menu

“Qurban Qurbanov necə deyirsə, elə də olacaq” - “Qarabağ” rəsmisi

24.08.2022, 16:36
“Qurban Qurbanov necə deyirsə, elə də olacaq” - “Qarabağ” rəsmisi

“Baş məşqçi necə deyirsə, elə də olacaq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl jurnalistlərə müsahibəsində deyib.

O, transferlər barədə danışarkən baş məşqçi Qurban Qurbanovun fikrinin önəmli olduğunu bildirib: “İndiyədək də belə olub. Bu, məsuliyyətdən qaçmaq yox, baş məşqçimizə olan inamımızı göstərmək üçündür. Klub rəhbərliyi sonunadək onun arxasındadır. Gücümüz birliyimizdədir. Doqquz il ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanı şərəfli şəkildə təmsil edirik. Bu, bizim birliyə olan inam və etibarın nəticəsidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol