Menu

ATƏT Ukraynada Rusiyanın təxribat planlarını ifşa etdi

10.11.2014, 11:10
ATƏT Ukraynada Rusiyanın təxribat planlarını ifşa etdi

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukrayna Xüsusi Müşahidə Missiyası , Rusiyadan Ukraynaya daxil olan humanitar yük karvanlarına minomyot və çox lüləli roketatar sistemləri olduğunu bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ATƏT-in Ukraynadakı müşahidəçiləri separatçıların nəzarətində olan Donetsk bölgəsində aparılan araşdırma nəticəsində 34 yük maşınında n19-da minomyot və çoxlu roketatar tapıb. Donetskin 15 kilometr şərqindəki Sverdlov bölgəsində 17 yük maşınından ibarət karvanın isə 5-də çox lüləli roketatar sistemləri və 2 dənəsində isə sursat sandıqları, Donetskin 41 kilometr şərqindəki Zuhres yaxınlığında yenə 17 yük maşınından 12-də isə 122 millimetrlik havan topları olduğu öyrənilib.

Ukraynanın şərqində atəşkəsi nəzərdə tutan Minsk Protokolu və Memorandumuna baxmayaraq qarşıdurmalar davam edir. ATƏT-in Daimi Şurası Rusiyanın Ukraynanın şərqinə silah yardımı etməsi iddiaları üzərinə Rusiya-Ukrayna sərhədinin nəzarət edilməsi məqsədiylə müşahidə missiyası qurulmasına qərar vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol