Ermənistanın Zəngəzur vilayətində Tex-Kornidzor yolunun 11,8 km-lik hissəsinin tikinti işlərinə 5,5 milyard dram (12,8 milyon dollar - red.) ayrılıb. Müvafiq qərar avqustun 24-də hökumətin iclasında qəbul edilib.
Bilavasitə tikinti işlərinə 5,4 milyard dram, texniki nəzarətə 54 milyon dram, memarlıq nəzarətinə 33,9 milyon dram ayrılıb.
Qeyd edək ki, yolun bu hissəsi Azərbaycanın çəkdiyi yolla birləşdiriləcək.
"AzPolitika.info"


Şərhlər