"İyulun əvvəlindən ruslar Donbasda praktiki olaraq irəliləyə bilməyiblər. Sentyabrın sonuna kimi Ukraynalılar işğaldan bəri rusların ələ keçirdiyi yeganə regional mərkəzi olan Xersonu azad edəcəklər".
"AzPolitika.info" xəbər verir ki, bu bardə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili "Facebook" hesabında yazıb.
"Rusiyanın 4-5 aylıq artilleriya ehtiyatı qalıb, Ukraynanın artilleriya arsenalı isə durmadan böyüyür. Qərbin əsas silahı payızda Ukraynaya daxil olacaq", eks-prezident vurğulayıb.
Saakaşivili əlavə edib ki, ona görə əsas göstərici ukraynalıların 90%-dən çoxunun qələbəyə inanmasıdır: "Ukraynalılar adətən yaxşı məlumatlıdırlar və təbliğata inanmırlar. Onlar öz məlumatlarına və gəldikləri nəticələrinə güvənirlər".
"AzPolitika.info"


Şərhlər