Menu

"Azərbaycana haqlı mübarizəsində dəstək verməyə davam edəcəyik" - Hulusi Akar

24.08.2022, 18:48
"Azərbaycana haqlı mübarizəsində dəstək verməyə davam edəcəyik" - Hulusi Akar

“Azərbaycan və Liviya başda olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizəsinə dəstək verməyə, regional və qlobal sülhə töhfə verməyə davam edəcəyik”.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Silahlı Qüvvələrimiz daxildə və sərhədlərdən kənarda FETÖ, PKK/YPG, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə aparmaqdadır. Əldə etdiyimiz uğurlarda ən böyük ilham mənbəyimiz şəhid və qazilərimizin fədəkarlıqları, millətimizin sevgisi, inamı, duasıdır”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol