Menu

“Qorxmayın, sizə qarşı deyil” - Tacikistan Rusiyanın “könlünü alıb”

25.08.2022, 10:48
“Qorxmayın, sizə qarşı deyil” - Tacikistan Rusiyanın “könlünü alıb”

Tacikistan və Rusiya arasında münasibətlərə hər-hansı təhdid yoxdur.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin «Bölgəsel əməkdaşlıq - 2022» təlimləri ilə bağlı narahatlığına cavab olaraq, Tacikistan Respublikası Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzado bəyan edib. Təlimlər ABŞ mərkəzi komandanlığı tərəfindən bu respublikanın ərazisində təşkil olunub.

Bu barədə avqustun 24-də «Fərqanə» informasiya agentliyi xəbər verib.

«Cənab Patruşevə demək istəyirəm ki, Rusiya Federasiyası ilə bizim strateji əməkdaşlıq münasibətlərimiz var. Və bu əməkdaşlıq dəyişməz qalır. Tacikistanla Rusiya arasında strateji əməkdaşlığa heç bir təhdid yoxdur» - Mahmudzado deyib.

Beləliklə o, rusiyalı həmkarı tərəfindən Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞOS) təhlükəsizlik Şurası katiblərinin görüşündə səsləndirilən bəyanata cavab verib. Özbəkistanın paytaxtı Daşkənddəki sammitdə çıxış edən Nikolay Patruşev Mərkəzi Asiya respublikalarının orduları ilə ABŞ ordusunun birgə tədimlərindən narahatlığını bildirmişdi. Onun sözlərinə görə, belə tədbirlər «amerikalılara ilk növbədə, hərbi fəaliyyət teatrında potensialı öyrənmək, perspektiv hədəflərin kordinatlarını dəqiqləşdirmək və yüksək dəqiqlikli silahlar üçün rəqəmsal kartların korrektə edilməsi üçün lazımdır».

Bundan başqa, Patruşev qeyd edib ki, Vaşinqton Əfqanıstanla qonşu ölkələrlə orada guya, antiterror əməliyyatları üçün müvəqqəti infrastrukturun yaradılması cəhdlərindən əl çəkmir. "Moskva da məhz, bu təlimlərə həmin bucaq altında baxır" - Patruşev yekunlaşdırıb.

Tacikistan Təhlükəsizlik Şurası katibinin cavabı göstərir ki, bu Mərkəsi Asiya ölkəsinin düşünən başları Patruşevin «təlaşı»nın səbəbini anlayırlar və gizlətmirlər ki, əslində, Rusiya Tacikistanın daxili işlərinə «burun soxur», üstəlik də taciklər sətir altında demək istəyirlər: «Xain xoflu olar…»

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol