Menu

Yunanıstan Türkiyənin iki F-16 təyyarəsinin radar sistemini bloklayıb

25.08.2022, 13:56
Yunanıstan Türkiyənin iki F-16 təyyarəsinin radar sistemini bloklayıb

Egey dənizi üzərində NATO əməliyyatları çərçivəsində missiyasını yerinə yetirən 2 Türk F-16-ları Yunanıstana aid F-16-lar tərəfindən kiberhücuma məruz qalıblar.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli mətbuata Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.

Məlumata əsasən, yunan təyyarələri Türk Havva Qüvvələrinə aid iki F-16-nın radar sisteminə müdaxilə edərək bloklayıblar.

Qeyd edək ki, bu, həftə ərzində ikinci belə təxribatdır. Türkiyə Milli Müdafiə Nazirliyi artıq NATO rəsmilərinə hadisə ilə bağlı müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol