Menu

“Xocəsən” metrostansiyasına rəis təyin edilib

25.08.2022, 15:31
“Xocəsən” metrostansiyasına rəis təyin edilib

“Bakı Metropoliteni” QSC-nin tikintisi yekunlaşan, şərti adı “Xocəsən” olan stansiyasına rəis təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı səhmdar cəmiyyətinin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.

O, bundan əvvəl “Nəriman Nərimanov” metrostansiyasının rəisi olub. S.Vəliyevin yerinə isə təyinat olmayıb və burada rəis vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavininə tapşırılıb.

Bakı metrosundan “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

“Xocəsən” stansiyası metronun 3 xəttindən biri olan “Bənövşəyi” xəttə aiddir və bu xətdə olan sayca 4-cü stansiyadır. Bununla da metro stansiyalarının sayı 27-yə çatdırılır ki, hazırda onların 26-da sərnişin qəbulu həyata keçirilir.

Metronun 27 stansiyasının rəhbərliyi aşağıdakı kimidir:

№Stansiya rəisinin adıHazırda rəhbərliketdiyi stansiyaƏvvəl rəhbərliketdiyi stansiya
1Əlişan AğayevAvtovağzalMemar Əcəmi (Bənövşəyi)
2Niyaz AlıyevMemar Əcəmi (Bənövşəyi)Qara Qarayev
3Akif MəmmədovŞah İsmayıl XətaiƏhmədli
4Yusif KərimovCəfər CabbarlıGənclik
5Vüsal ZeynalovNizamiİmtahanla qəbul edilib
6Şaiq HeydərovElmlər AkademiyasıCəfər Cabbarlı
7Sərdar BabayevİnşaatçılarBakmil
8Elçin Süleymanov20 Yanvarİnşaatçılar
9Şahvələd HüseynovMemar Əcəmiİçərişəhər
10Ramin ƏliyevNəsimiİmtahanla qəbul edilib
11Xalid MəmmədovAzadlıq prospektiİmtahanla qəbul edilib
12Faiq HəsənovDərnəgülAvtovağzal
13Cümşüd CəfərovİçərişəhərSahil
14Nurlan NəbiyevSahilİmtahanla qəbul edilib
15Müstəcəb Qurbanov28 MayNəriman Nərimanov
16Əli MayılovGənclikElmlər Akademiyası
17Nəriman Nərimanov
18Dəyanət DadaşovBakmilŞah İsmayıl Xətai
19Elxan ZeynalovUlduzNəsimi
20Vadim MəmmədovKoroğluHəzi Aslanov
21İlqar RüstəmovQara QarayevAzadlıq prospekti
22Mehman İbrahimovNeftçilərKoroğlu
23Arif HəsənliXalqlar dostluğuİmtahanla qəbul edilib
24Cəmşid CəfərovƏhmədliNeftçilər
25Vidadi İbrahimovHəzi Aslanov28 May
26Yusif Şabanov8 NoyabrNizami
27Seyfulla VəliyevXocasənNəriman Nərimanov

Şərhlər

Dilbər Dilavərova 2022-08-25 16:54:00

Ölkəmizdə nəinki, bəzi ara sözləri, eləcə bir sıra adlar nəinki, tarixi Ana dilimizə, heç qramatikasi rusifikasiya edilmiş Azərbaycan dilində normal bir anlam vermir? Dilçilər nə deyir? HocaHəsənmi, XocaHəsəənmi? Xoşəsən olar, xocəsən yox? Səngə çala qəsəbəsini də ədəbsiz-Səngəçal kimi adlandırıblar? Hansı satqınlar kimləri ələ salırlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol