Prezident, diktator Vladimir Putinin «ideya qardaşı», öz ölkəsində ağsaqqal ola bilməyən «saqqallı uşaq» Aleksandr Duqinin qızı Darya Duqinanın həlak olması demək olar, dünyanın gündəminə çevrilib - hər yoldan ötən «sürünən» hadisə barədə öz «versiyası»nı işə keçirməyə cəhd göstərir, işbazlar və yaltaqlar «bulanlıq suda balıq tuturlar», Putin hakimiyyəti (bunker əhli) də buna münbit şərait yaradır. Rusiyanın xüsusi xidmət orqanları Daryanın Ukrayna xüsusi xidmətləri tərəfindən təşkil olunmuş terror aktı nəticəsində öldürüldüyünü elan edib.
Başqa bir qrup onun “Rusiya Azadlıq Ordusu” tərəfindən təşkil olunmuş terrorla öldürüldüyünü bildirib və bunun məsuliyyətini öz üzərinə götürüb.
Bir sıra araşdırmaçının, siyasətçinin isə fikri belədir ki, Duqinanın ölümünü elə onun atasının «ideya qardaşları» olan bunker əhli hakimiyyətin «dobro»su əsasında təşkil edib. Ehtimal olunur ki, Putin hakimiyyəti artıq «Duqin cığırı» ilə addımlamaq istəmir və ondan yaxa qurtarmaq istəyir. Bildirilir ki, bu terrorun gerçək hədəfi elə «Putin ideloqu»nın özü imiş. Ağzıgöyçəklər isə pıçıltı ilə deyirlər; «Onun çox mətləblərdən xəbəri var…»
Yayılan başqa bir xəbərdə isə bildirilir ki, Darya Duqinanı Rusiya “Milli Respublika Ordusu” (partizanlar) öldürüblər. Xəbərlərdə deyildiyi kimi, hakimiyyət Duqinanın dəfnini «vətənpərvərlik şousuna» çevirib, bir sıra personaların isə bu dəfn zamanı etdiyi yaltaq çıxışlar onların gerçək simasızlığını ortaya qoyub.

Bu fonda Aleksandr Duqinin özünün və arvadının davranışı haqlı şübhələrə yol açır. Məsələn, dəfn zamanı təşkil olunmuş vida mərasimində Duqin və arvadının (həlak olanın atası və anası) qonaqları təbəssümlə qarşılaması diqqəti cəlb edib. Amma bu da hamısı deyil. Partlayışın baş verdiyi hadisə yerində olanlar hamısı bildiriblər ki, guya Duqinanın cəsədi tamamilə yanıb, tənınmaz hala düşüb. Amma dəfn günü tabutdakı ölünün «cazibədarlığı» qonaqların diqqətindən yayınmayıb.
Belədə, haqlı sual yaranır: Duqina harada və kimlər tərəfindən öldürülüb, Aleksandr Duqinin dəfndəki təbəssümü nə ilə bağlıdır?!
Mirzə AĞ
AzPoitika.info


Şərhlər