Menu

"Total" Rusiya qırıcılarını reaktiv yanacaqla təmin edir? - Fransada qalmaqal

25.08.2022, 16:44
"Total" Rusiya qırıcılarını reaktiv yanacaqla təmin edir? - Fransada qalmaqal

Fransa "Total Energies" neft şirkətinin Rusiya hərbçiləri üçün reaktiv yanacaq tədarükündə iştirakı ilə bağlı araşdırma aparacaq.

"AzPolitika.info" xəbər verir ki, bu barədə nəqliyyatnaziriKlémentBon "France 2" telekanalına müsahibəsində bildirib. Nazir əlavə edib ki, məsələ ilə bağlı hələlik kifayət qədər məlumat yoxdur.

Nazir daha sonra deyib: “Bu, son dərəcə ciddi mövzudur, ona görə də məqsədli şəkildə sanksiyalardan yayınmanın, fransız, yaxud başqa bir şirkət tərəfindən istehsal edilmiş enerji məhsullarının təchizatının olub-olmadığını araşdırmaq lazımdır”.

“Le Monde” çərşənbə günü yazıb ki, “Total Energies” Fransa şirkəti Rusiyanın “Novatek” şirkəti ilə birgə müəssisədəki payı vasitəsilə Ukraynada Rusiya hərbi təyyarələrinin istifadə edə biləcəyi reaktiv yanacaq istehsalı üçün qaz kondensatının tədarükü ilə məşğul olub.

“Le Monde” yazır ki, Ukraynadakı hava hücumlarında iştirak etdiyi güman edilən iki Rusiya Hərbi Hava Qüvvələri bazasına çatdırılan reaktiv yanacaq “Total Energies”in 49%-nə sahib olduğu “Terneftegaz”ın tədarük etdiyi qaz kondensatından istehsal yolu ilə alınıb.

Sərt tənqidlərə baxmayaraq Rusiyadakı aktivlərini saxlayan "Total Energies" bildirib ki, şirkət Rusiya ordusunu təmin edəcək infrastrukturu idarə etmir və biznes tərəfdaşlarının potensial reaktiv yanacağı istehsalından xəbərsizdir.

Rasim

"AzPıotika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol