Menu

60 min dollar ödə, hərbi xidmətə getmə... - Yeni qanun layihəsi Ermənistanı qarışdırdı

25.08.2022, 17:16
60 min dollar ödə, hərbi xidmətə getmə... - Yeni qanun layihəsi Ermənistanı qarışdırdı

Ermənistanda müddətli hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmaqla bağlı qanun layihəsi kəskin müzakirələrə yol açıb. Müxalifətçilər bu layihənin sosial ədalətsizlikdən tutmuş, ordu üçün dağıdıcı nəticələrinə qədər bir sıra məsələlərdən bəhs edirlər.

"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin təqdim etdiyi layihədə 24 milyon dram (60 min dollar) qarşılığında dörd ay yarımdan sonra hərbi xidmətdən azad olunmaq nəzərdə tutulur.

“Hərbi xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər belə əsaslandırılır ki, bir nəfərin ödəyəcəyi 60 min dollar bir müddətdən artıq xidmət keçən hərbçinin beş il müddətinə aya 400 min dram (1000 dollara yaxın) maaş alması deməkdir. Bu isə, nazirliyin mövqeyincə, ölkədə peşəkar hərbi xidmətin tətbiqinə motivasiya verən mühüm amildir.

“Bu qanun layihəsi ilə indiki hakimiyyət müəyyən edir ki, yalnız sosial səbəblərdən onminlərlə dollar ödəyə bilməyənlər Ermənistan Respublikasında məcburi ikiillik hərbi xidmət keçməlidirlər. Hazırda dövriyyədə olan bu qanun layihəsi vətəndaşlar arasında sinfi, sosial, maliyyə, ümumiyyətlə istənilən növ bərabərsizliyə şərait yaradır”, – “Ayastan” müxalifət fraksiyasından deputat Geqam Manukyan deyir.

Hakim “Mülki müqavilə” fraksiyasından deputat Armen Xaçatryan isə qeyd edib ki, istənilən layihəni tənqid etmək olar, ancaq bu layihə qəbul edilərsə, orduya kontraktla qoşulanların sayı əhəmiyyətli dərəcədə artar.

“Bu məbləğ elə müəyyənləşdirilir ki, bir neçə müqaviləli hərbçi bu vəsaitlə yaşaya, aya azı 400 min dram ala bilsin. Məncə, bu amil ordunun inkişafına xidmət edəcək. Bizdə yaxşı pul alan müqaviləli hərbçilər də olacaq, ordudan yayınmağın dolayı yollarını axtaranlar da...” – deyə, Xaçatryan söyləyib.

2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən öncə hökumətyönlü deputat Ayk Sarqsyan oxşar təkliflə çıxış etmişdi. 2019-cu ildə David Tonoyanın başçılığı ilə Müdafiə Nazirliyi layihəni rədd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol