Menu

“Komanda məntəqəsi tamamilə dağılıb” – İşğalçı briqadanın məhvindən danışıb

25.08.2022, 17:59
“Komanda məntəqəsi tamamilə dağılıb” – İşğalçı briqadanın məhvindən danışıb

İki rusiyalı işğalçı Xerson vilayətindəki Antonovsk körpüsünə zərbəni və həm də komandanlığın rusiyalılardan gizlətdiyi böyük itkiləri müzakirə edib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin «tutduğu» danışıqda söhbət açılır («UNİAN»).

İşğalçılardan biri danışıb ki, Antonovsk körpüsünə zərbələr rusiyalıların logistikasını çətinləşdirə bilər. İndi bu körpü yalnız yaralı işğalçıların evakuasiyası üçün istifadə olunur. Zədəli olduğundan ağır texnikanı onun üzərindən daşımırlar.

O biri işğalçı soruşur ki, ona 56-cı briqadanın komanda məntəqəsinin məhv edilməsindən danışmayıblar ki?

«56-cı briqadanın idarəetməsi - orada hamısı «piz...s». Ora raket düşüb, hamısı - «zampalit»lər, arxa cəbhə üzrə müavin, idarəetmədə oturanların hamısı… Komanda məntəqəsi olub, onlar hamısı dağılıb gediblər» - işğalçı bildiklərini bölüşür. Elə eyni vaxtda onun həmsöhbətini hər şeydən artıq Rusiya Federasiyası ordusunda pul təminatı problemi narahat edib.

«Pul məsələsində belə alınır: əgər sağ qalarsansa, problemlər başlayır, anlayırsanmı?» - işğalçı bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol