Menu

Əsgər anaları kütləvi halda Putinə məktub yazırlar - Nə baş verir?

25.08.2022, 18:04
Əsgər anaları kütləvi halda Putinə məktub yazırlar - Nə baş verir?

Rusiyalı kontraktçılar tərxis olunmaq istəyirlər ki, daha Ukraynaya qarşı vuruşmasınlar. Anaları onları evlərinə qaytarmağı və ya xidmət şəraitini yaxşılaşdırmağı tələb edirlər.

Bu barədə «Obozrevatel» yazır.

Qeyd olunur ki, rusiyalı hərbçilərin anaları Rusiya Prezidenti Vladimir Putinə kütləvi müraciət yazırlar. Bu zaman onlar şikayətlənirlər ki, oğlanları ilə «heyvanla» və «xərc materialı» ilə olduğu kimi rəftar edirlər, onları pis qidalandırırlar, normal dəyişik paltar vermirlər, istirahətə buraxmırlar və döyüş xidmətlərini qeyd etmirlər. Bu zaman döyüşmək istəməyələri vaxtından əvvəl azad etmirlər, onların ünvanlarına təhdidlər gəlir. Elə oradaca kimsə raport yazırsa, onu incidirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol