Menu

Zelenski ilə Bayden arasında telefon danışığı olub

25.08.2022, 23:52
Zelenski ilə Bayden arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

APA-nın xəbərinə görə, bu barədə Zelenski Tvitterdə yazıb.

“Baydenə Ukrayna xalqına maddi və hərbi dəstəyə görə təşəkkür etdim. Ukraynanın qələbə üçün atmalı olduğu növbətti addımları müzakirə etdik” – deyə Zelenski bildirib.

Prezidentlər növbəti hərbi yardım tranşını müzakirə edib.

Bu barədə AĞ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib.

Sözçü bildirib ki, dövlət başçıları 3 milyard dollarlıq yardım tranşını və Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol