BAŞ NAZİRİN MÜAVİNİ, SABİQ NAZİR, DEPUTATLAR BDU-dan UZAQLAŞDIRILDI - Universitetdən açıqlama

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetində əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.

APA-nın məlumatına görə, əmrin surəti sosial şəbəkələrdə paylaşılıb.

Əmək müqaviləsinə xitam verilənlər sırasında Baş nazirin müavini Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, sabiq təhsil naziri Misir Mərdanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər tanınmış şəxslər var.

“Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir.”

Məsələ ilə bağlı APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva belə deyib.

Kəmalə Quliyeva deyib ki, bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır: “Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.


635x100

Şərhlər

Oxucu 2022-08-31 00:06:06

yAQUB mAHMUDOVUN ADI YADDAN ÇIXIB ? bİR ADAM ON YERDƏ İŞLƏ TƏMİN OLUNUR, ANCAQ ON ADAMA BİR İŞLƏ TƏMİN ETMƏYİRLƏR, SOSİAL NARAZILIQLARI YARADAN GÖRÜNÜR ÖZLƏRİDİR !

Müəllim 2022-08-28 16:00:11

Dəvət edilən "müəllimər" praktikasına son qoyulmalıdır.Ölkədə işsiz,savadlı,təcrübəli kifayət qədər müxtəlif iixtisas üzrə kadr bolluğu olduğu,onları seçib yerləşdirmək imkanı olduğu halda belə "çsaviklərin təhsilə heç bir faydası olmadığı halda belə praktikaya son qoyulmalıdır.Səbinə Əliyeva,Hicran xanım tələbələrə hansı elmdən,bilikdən dəm vuracaqlr? Olsun elə Ziyafət Əsgərov ömrü boyu yalan və yaltaqlıqla məşğul olan nə öyrədəcək?Və bunun kimi digərləri.Onlar kormuşka tapıblar.

Culfa 2022-08-28 13:23:59

Avqustun sonunda əmək müqaviləsinin vaxtı bitir. Ona görə belə bir formal əmr verilir. ...

İmdad Bayramov 2022-08-28 09:24:43

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Universitetdə apardıgı islahatları alqışlayaraq ugurlar arzulayıram.

Ebu Zerr 2022-08-27 12:51:47

HEm dovlet qurumlarinda yuxari vezifeler tutublar, hem biznesleri var, hem de elmi sahede vezife tutub elmi titullara yiyelenibler. Eger bu olkede her şey bu qebilden olan 500-1000 neferdirse onda Azerbaycan Xalqi neyin sahibidir bes? ...... BDU-nun hansi telebesi bunlardan birini seminar ve ya mesgelelrde gorub? Yeqin ki hec biri. Qaziler elillik meselesi ile bağlı ozlerini yandira yandira gedir 300 manat teqaud almaq ucun. her seyin bir heddi qederi var....

Akif 2022-08-26 14:53:05

Gecikmiş olsa da, BDU-nun rektorunun bu qərarı təqdirə layiqdir. BDU-dan uzun illərdir haram maaş alan adları çəkilən və orada hələ də formal olaraq müəllim vəzifəsi tutan digər məmurlar xalqa xidmət etmək əvəzinə şəxsi mənafelərini güdürdülər. Onlar xalqa xidmət etmək əvəzinə yalnız öz mənafelərinə çalışırlar.

Jurnalist 2022-08-26 12:30:20

Rektorun qerari alqislanir! Bir sual orataya cixir ki nece olur ki Tahir Budaqov hem Statistika Komitesinin sedri hemde YAP merkezi aparatinin sedridir. Axi YAP esasnamesine gore ikili vezife qadagandir. Bu onu gosterir ki semiyyetsizlik davam edir etibar sarsildilir.

esger 2022-08-26 11:52:59

Tam qanuni qərardır deputat hər hansı digər ödənişli fəaliyyətlə məşqul ola bilməz bu tələb Konstitusiyada əks olunub Əfsuslar olsun ki digər ali məktəblərin rektorları bunu etməyə .......

Camaat 2022-08-26 09:54:59

Görəsən belə dələduz məmurların adı daha neçə-neşə idarələdə gedir və havayı pullar bunların siblərinə axır.Haramları olsun.

Son yazılar