Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Məruzədə deyilir:
"Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!"



Şərhlər
Bu gün bizim 30 ildən sonra Laçına qayıdış günümüz. Çoxlarımız ağladıq bu gün. Amma sevincden qürurdan ağladıq bu gün. Bir torpağı qaytarmaq üçün, çox toplar tüfənglər atıla bilər o yerlərə. Amma bizim olmaz. Bizim onda olar ki, igid oğullarımızın çekmeleri iz salsın o yerlərə. Bu günkü kimi. O ki qaldı sevinməyimizə, ne qeder sevinirikse bir o qeder de kədərliyik. Ona görə kədərliyik ki, ne qeder o yerlerdən olan insanlarımız Laçın deye-deye köç etdilər bu dünyadan. İndi o kəndlərdən az adamlar qalıb. Odur ki de neçə ki onlar da tükənməyib biz Laçının elini qaytarmalıyıq o yerlərə. 44 günlük qələbədən sonra il yarımlıq gedişat onu göstərir ki, biz bu məsələdə gecikirik . Çünki, qayıdış üçün o yerlərdə quruculuq tək devletle olmaz. Dəfələrlə metbuatda yazmışıq bu barə də. Ki, öncə bütün güc ərazilərin minalardan təmizlənməsinə qoyulmalı, sonra salınacaq kəndlərin yeri və əhalisi müəyyənləşməli, oraya qayıdacaq insanlara ev tikmək üçün həyətyanı sahə, evini tikmək üçün isə kredit verilməlidir (söhbət etdiyimiz əksər qaçqının fikridir bu). Bu yolla bütün bir milyon qaçqını qaytarlmış torpaqlarda həyatın qıssa zaman kəsiyində canlandırılması üçün ellikcə quruculuq işlərinə səfərbər etmək lazımdır. Sonradan evini tikən qaçqının isə, komissiyanın qərarı ilə krediti silinməlidir. Bununla paralel kənardan məşqulluq üçün onlara kənd təsərrüfatı təyinatlı torpaqlardan da pay ayrılmalıdır. Dövlət isə yalnız infrasteruktur layihələrin gerçəkləşməsi ilə məşqul olmalıdır. Yəni biz maksimum səviyyədə dövlətlə əl -ələ verib qıssa zaman kəsiyində qayıdışla bağlı hədəfimizə ulaşmalıyıq. Bu həm də siyasi məsələdir. Bizim orada sakinlərimizlə varlığımız çox duşmanlarımızın ağzını yumacaq ve niyyetlerini gözlerinde qoyacaq. Bir daha gözümüz aydın. Allahdan o torpaqlar üçün canlarını feda etmiş şəhidlərimizə rəhmət, Ali Baş Komandan başda olmaqla qazilərimizə və əsgərlərimizə də can sağlığı diləyirik. Vətən sizlərə minnetdardır! Unutmayın ki, bu vətənin Sizlərə ən böyük mükafatdır.