“Ötən gün Vladimir Putin Rusiya hərbçilərinin sayının artırılması haqqında fərman imzalayıb. Bu fərmanla o, bir növ Rusiyanın real itkilərini etiraf edib”.
“AzPolitika.info” xəbər verir ki, bunu hərbi-siyasi şərhçi Aleksandr Kovalenko Putinin Rusiya hərbçilərinin sayının artırılması haqqında fərmanını şərh edərkən deyib.
“Putinin hərbçilərin sayını 137 min nəfər artırmaq fərmanını Rusiya ordusunun real itkilərinin tanınması kimi qəbul etmək olar. İyulun 30-na olan məlumatlara görə, Rusiya ordusunun ümumi itkilərinin sayı 122 min nəfər təşkil edib. Bu statistikaya təkcə ölənlər deyil, yaralananlar da daxildir. Bu məlumat Pentaqonun yüksək rütbəli nümayəndələrinin hesabatlarıyla da üs-üstə düşür”, -deyə Kovalenko bildirib.
Ekspert əminliklə vurğulayıb ki, iyuldan sonrakı itkilərlə birlikdə Rusiya Ukrayanda 135-140 min arası hərbçi itirib: “Ona görə də, əminliklə deyə bilərik ki, Putin bu fərmanla 137 minə yaxın hərbçi itirdiyini etiraf edərək, ordudakı itkilərini kompensasiya etmək qərarına gəldi”.
“AzPolitika.info”


Şərhlər