Menu

Ukrayna Müdafiə Nazirliyində Putinə gülürlər – “Əvvəlcə meyit qablaşdırmaq üçün kisələr alın”

26.08.2022, 14:17
Ukrayna Müdafiə Nazirliyində Putinə gülürlər – “Əvvəlcə meyit qablaşdırmaq üçün kisələr alın”

Avqustun 25-də Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Silahlı Qüvvələri hərbi qulluqçularının ştat sayının 2023-cü ildən 1,9 milyondan 2,04 milyona qədər artırılması barədə fərman imzalayıb.

Ukrayna Müdafiə Nazirliyində RF Prezidenti Putinin ordu sayının artırılması barədəki bu fərmanına gülürlər. Nazirlikdə qeyd ediblər ki, işğalçılar əvvəlcə meyit qablaşdırmaq üçün kisələr satın almalıdırlar.

Bu barədə Müdafiə Nazirliyinin «Tvitter»dəki xəbərində söhbət açılır («UNİAN»).

Belə ki, xatırladıblar, Rusiya Federasiyası ordu sayının 2 milyon hərbçiyə qədər artırılmasını planlaşdırır.

«Prezident fərmanının icrası üçün Rusiya Federasiyası Müdafiə Nazirliyi meyitlər üçün 2 milyon kisə satın almalıdır» - xəbərdə deyilir.

AzPolitika.info

Şərhlər

Ukraynaya 2022-08-26 15:27:33

Nə qədər vicdansız olasanki öz əsgərlərini vətandaşlarını avropa və amerika üçün qurban verəsən ukraynadakı itkiləri sayan varmı heç yüz minnən çox ukraynalı əsgər həlak olub muharibədə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol