Rusiya ordusunun Ukraynada hücumu Rusiya Federasiyası Silahlı Qüvvələrində pis hərbi effektlilik və Ukraynanın qızğın müqaviməti səbəbilə dayanıb. Rusiya rəsmi şəxslərinin mülki əhali arasında itkilərdən qaçmaq cəhdi barədə bəyanatları həqiqətə uyğun deyil.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi hərbi kəşfiyyatının həftəlik hesabatında söhbət açılır («UNİAN»).
Xəbərdə qeyd olunduğu kimi, Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin müdafiə nazirlərinin 24 avqustdakı iclasında bəyan edib ki, Rusiya ordusu Ukraynada «mülki vətəndaşlar arasında qurbanlardan qaçmaq üçün» hər şeyi edir və guya, «xüsusi əməliyyatın» zəifləməsi də bununla bağlıdır.
Britaniya kəşfiyyatının məlumatına görə, bu, məqsədli dezinformasiyadır. Şoyqunun əmrinə əsasən, Rusiya ordusu Ukraynada dəfələrlə planlaşdırılmış operativ müddətləri pozub. Qeyd olunur ki, Rusiya komandanlığı ən azı 6 generalı vəzifəsindən ona görə azad edib ki, onlar irəliyə doğru kiyayət qədər sürətlə irəliləməyiblər.
Şoyqunun çıxışı günü Rusiyanın yaxın məsafəli SS-26 «İskəndər» ballistik raketi Çaplino şəhərində qatarı vurub və bu zaman ən azı, iki uşağı öldürüb. Analitiklərin göstərdiyi kimi, bu, Rusiyanın kənar effekt endirməyə hazır olduğunu göstərir - nə zaman ki, onlar raket və ya artilleriya zərbələrinin hərbi üstünlük təşkil etdiyini düşünürlər.
AzPolitika.info


Şərhlər