Menu

Kanadada atışma olub

27.08.2022, 01:04
Kanadada atışma olub

Kanadada atışma olub. “Report” xəbər verir ki, bu barədə yerli CTV telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Ottava şəhərinin mərkəzində baş verib. Atışma zamanı azı 5 nəfər yaralanıb.

İnsident parlament binası kompleksinin yaxınlığında yerləşən bazar ərazisindəki bar və restoranların bağlanmasından sonra baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış 3 nəfəri aşkar edib, onlar xəstəxanaya yerləşdirilib. Daha sonra daha iki nəfər də tibbi yardım üçün xəstəxanaya müraciət edib.

Polis kimin atəş açdığını və digər zərərçəkənlərin olub-olmadığını araşdırır.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Şərhlər

Asif 2022-08-27 01:49:57

miqrant muselmanlar olacaq.onlari erazisine buraxan olkeleri agli yoxdur.vehsiler hara getseler beladilar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol