Rusiyalı işğalçılar Mariupoldan olan uşaqlar üçün düşərgə yaradıblar, orada metodiki olaraq, kiçik yaşlı uşaqların beynini «yuyurlar».
Bu barədə Mariupol Şəhər Şurası «Teleqram-kanal»da xəbər verib.
Qeyd olunur ki, «düşərgə» Melekino kəndində yerləşir. Orada uşaqlara atəş açmaq və Ukraynaya nifrət öyrədilir.
«İşğalçılar nasistlərin metodikasını həyata keçirməkdə davam edirlər. Kollaborantlar mariupollu uşaqları hitleryugentə çevirirlər. Melekinoda onlar gerçək düşərgə qurublar və orada «beyinləri yuyurlar», atəş açmaq və Ukraynaya nifrət öyrədirlər» - xəbərdə deyilir.
Bundan əvvəl xəbər verilmişdi ki, avqustun 23-nə olan vəziyyətə rusiyalı ailələrə qeyri-qanuni olaraq, 1000-dən artıq Mariupoldan olan uşaq verilib. Ailə və uşaqların işi üzrə İdarənin Krasnodar diyarı üzrə bölməsi proqram barədə xəbər verib. Proqrama görə, Rusiya hakimiyyəti 1000-dən artıq uşağı Mariupoldan Tümenə, İrkutska, Kemerovaya və Altay diyarına gətirib və onları rus ailələrinə «övladığa verib».
Ukrayna Baş nazirinin müavini İrina Vereşukun məlumatına görə, iyunun axırına 2 mindən artıq uşaq Ukrayna ərazisindən qeyri-qanuni çıxarılıb və Rusiya Federasiyasına aparılıb. Ali Rada bununla bağlı BMT-yə müraciət edib və ukraynalı uşaqların oğurlanaraq rusiylı ailələrə verilməsinin yolverilməz olduğunu bildirib.
AzPolitika.info


Şərhlər