Menu

Ali məktəblərə ixtisas seçiminin müddəti uzadılıb

28.08.2022, 20:26
Ali məktəblərə ixtisas seçiminin müddəti uzadılıb

Ali təhsil müəssisələrinə ixtisas seçiminin müddəti uzadılıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ixtisas seçiminin müddəti 29 avqust saat 9:00-da başa çatacaq.

Bu gün saat 19:30-a olan məlumata görə, 65994 abituriyent ixtisas seçib.

I qrup üzrə 22212, II qrup üzrə 14457, III qrup üzrə 17520, IV qrup üzrə 5152, V qrup üzrə isə 10427 nəfər ixtisas seçimi edib.

Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı idi.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçimi başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol