“RUSİYA ORDUSU “DƏRİN ŞOK” VƏZİYYƏTİNDƏDİR...” - “Ukrayna Silahı Qüvvələri “korroziya” taktikasından istifadə edir”

“Onlar gözləyirdilər ki, Ukrayna Ordusu özünü 2014-cü ildəki kimi aparacaq”

Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi yeddinci ayına girsə də, Kreml qarşısına qoyduğu məqsədinə nail ola bilmir. Digər tərəfdən, Rusiya ordusu bu müddət ərzində çoxlu əsgər və hərbi texnika itirərək taqətdən düşüb. Putin vəziyyətdən çıxış yolu axtarır və onun son fərmanı ordunun yeni və daha çox qüvvəyə ehtiyacı olduğunu göstərir. Mövcud vəziyyəti şərh edən ekspertlərin fikrinə görə, Ukrayna Ordusu yaxşı müdafiə olunsa da, onun iri miqyaslı hücuma keçməsi üçün zirehli texnikası kifayət sayda deyil və Kiyev Qərdən veriləcək silahların artırılmasına ümid bəsləyir.

“AzPolitika.info” xəbər verir ki, Almaniyanın “Deutsche Welle”telekomunikasiya şirkətinin internet portalı “Rusiya Federasiyası şokda, Ukraynaya silah lazımdır...” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Rusiyanın Ukraynaya qarşı apardığı müharibə uzanmağa doğru gedir. Lakin Kiyev Qərbin silah təchizatı olmadan əks hücuma keçə bilmir. İldırımsürətli hərbi əməliyyat nəticəsində müharibəni bir neçə gün ərzində bitirməyi nəzərdə tutan Rusiya ordusu iri miqyaslı və üzücü müharibə girdabına düşüb. Qərb hərbi ekspertlərinin məlumtlarında deyilir ki, may ayının əvvəlindən indiyədək Rusiya ordusu Ukraynanın dərinliklərinə cəmi 50 kilometr girə bilib. Ancaq bu, çox ciddi itkilər sayəsində baş tutub.

Bundesverin “GIDS” analtik mərkəzinin əməkdaşı, ehtiyatda olan polkovnik və professor Burxard Maysner “Deutsche Well”-ə bildirib ki, altı aylıq döyüşlərdən sonra Rusiya ordusu “dərin şok vəziyyəti”nə düşüb. Rusiya ordusu Ukraynanın hava məkanını nəzəratə götürə bilməyib, hərçənd ki, onlar bunu artıq müharibənin ikinci günündə həll edəcəklərini düşünürdülər.

Bu ordu nə ildırımsürətli müharibəyə, nə də ki, Ukraynanı altı aylıq hərbi əməliyyatlarla işğal etməyə qadir deyil, amma ondan bunu gözləyirdilər. Rusiya ordusu böyük sayda əsgər itirib: 20 mindən 40 minə kimi rəqəmlərdən danışırlar. Ola bilər ki, həqiqət haradasa bunların arasındadır...

Bunun üçün ukraynalılara mobil zirehli transpartyorlar lazımdır

Elə hərbi birləşmələr var ki, şəxsi heyətinin 80 faizini itirib. Rusya ordusnun problemlərindən biri hərbi hissələrdəki əsgər çatışmazlığıdır, digər tərəfdən, böyük sayda tankın sıradan çıxması da vəziyyətin ağırlığından xəbər verir. Amma bütün bunlara baxmayaraq, rus ordusu məhv edilməyib.

Maysner deyib: ”Belə böyük ordunun, belə nəhəng ölkənin tezliklə məğlub ediləcəyini gözləmək olmaz. Lakin qarşıya qoyulan hədəfin yerinə yetirilməməsi Rusiya ordusunun özünə inamını sarsıdıb və biz 9 may paradı və “Ordu-2022” sərgisinin köməyi ilə ordunun itrilmiş qürurunun özünə qaytarılması cəhdlərinin şahidi olmuşuq”.

Ukrayna Ordusu barədə danışan Maysner qeyd edir ki, onlar uzaqvuran artilleriyanın köməyi ilə məqsədyönlü şəkildə Rusiya ordusunun təchizat məntəqlərinə dəqiq zərbələr endirirlər. Əgər bu cür artilleriya qurğuları çox olsaydı, ukraynalılar daha yaxşı hücum edərdilər.

Maysner daha sonra bildirib:”İri miqyaslı hücum etmək üçün güclü tank birləşmələrinə ehtiyac var. Ukrayna ona lazım olan silahları istəyib və alıb, lakin çox az miqdarda. Almaniyanın Ukraynaya tank verməsi müharibənin mövqe döyüşlərindən dinamik mərhələyə keçməsinə imkan yaradacaq. Hazırda Ukrayna Ordusu rusların hücuma keçməsinin və onların yeni ərazilər işğal etməsinin qarşısını almaq üçün özünəməxsus şəkildə “korroziya” taktikasından istifadə edir. Mövqe müharibəsindən çıxmaq üçün ukraynalılara mobil zirehli transpartyorlar lazımdır. Amma aparıcı Avropa dövlətləri bu məsələdə çox təmkinli davranırlar. Əgər onların indiki mövqeləri dəyişərsə, döyüş meydanındakı vəziyyət də dəyişər. Rusiya ordusundan fərqli olaraq, Ukrayna Ordusu uğurlu müdafiə olunur, Qərbdə çoxları bunu gözəmirdilər. Ukraynalılar şoka düşməsələr də, ağır itkilər veriblər və onların Hərbi Hava Qüvvələri zəifdir. İşğaldakı ərazilərini azad etmək üçün ukraynalıların indiki imkanları yetərli olmaya bilər”.

Berlinin “Elm və Siyasət” fondunun əməkdaşı Volfqanq Rixter “Detsche Welle”-ə deyib: ”Altı aylıq müharibədən sonra Donetsk vilayəti əvvəlki kimi Rusiyanın nəzarəti altında deyil. Hazırda rusiyalılar Slavyansk və Kramotorsk tərəfdən cəbhə xəttini yarmaq istəyirlər. Ancaq burada irəliləyiş metrlərlə ölçülür, çünki Ukrayna möhkəm müqavimət göstərir. Xerson rayonunda da vəziyyət oxşardır və Ukrayna Ordusu Rusiya mövqelərinin dərinliklərinə hücum etmək üçün körpüləri, mərmi anbarlarını və aeorodromları məhv edir. Amma təkcə bu zərbələrlə vəziyyəti dəyişmək olmaz, əraziləri döyüşüb almaq lazımdır və bunun üçün ukraynalılar güclərini səfərbər etməlidirlər”.

Rixterin fikrinə görə, Rusiya rəhbərliyi hər şeyi elə ilk başdan səhv hesablayıb. Onlar gözləyirdilər ki, Ukrayna Ordusu özünü 2014-cü ildəki kimi aparacaq. O zaman Ukraynada yalnız bəzi hərbi hissələr döyüşmək qabiliyyətində idilər, ordunun və donanmanın bir hissəsi ümumiyyətlə düşmənin tərəfinə keçmişdi. Ruslar keçmişdə baş verən ssenarinin davamının yaşanacağını düşünüblər, lakin hadisələr təkrarlanmadı. Ukrayna ordusu koordinasiyalı və yaxşı taktiki hazırlıqlı döyüş aparır.Rusiyanın yanlış hesablamaları müharibənin ilkin fazasında onların ordusunun Kiyev ətrafında məğlubiyyəti ilə nəticələndi”.

Almaniya Hərbi Hava Qüvvələrinin zabiti Yoxanes Arlt deyir ki, müharibənin əvvəlində Rusiya ordusu talenin hökmünə buraxılmışdı və bu, hərbçilərin mənəvi və döyüş ruhuna böyük təsir göstərdi.

Yoxanes Arlt əlavə edib: ”Biz döyüşün ön xəttində olan Rusiya hərbi hissələrinin yanacaq və ərzaqla təchiz edilmədiyinin şahidi olduq. Sanitar avadanlıqlar isə yerli dibli yoxdur. Cəbhədə vəziyyət qışa yaxın dəyişə bilər, çünki torpağın donnmsı geniş cəbhə boyu hücuma keçməyə imkan verər. Müharibədə dönüş yaranması Ukrayna Ordusunun Qərb silahlarının kömyə ilə Rusiyanın atəş gücünü qıra bilməsindən asılıdır”.

Köhnə silahlardan utanmayın

“Conflict Intelligence Team”(CIT)-in qurucsu jurnalist Ruslan Leviev “Deutsche Welle”-ə deyib: ”Qərb Ukraynaya verdiyi zirehli texnikanı bir neçə dəfə artırarsa, bu, cəbhədəki vəziyyətə kəskin təsir göstərəcək. Qərb ölkələrinin anbarlarında köhnə zirehli texnikalar var. Əgər indi onları Ukraynaya versələr, onlar əks hücuma keçməyə başlaya bilərlər. Biz mətbuat və ictimaiyyət vasitəsi ilə Qərb ölkələrinin qapısını döyərək deyirik: sizdə həm Qərb və həm də sovet istehsalı olan köhnə texnika var. Bəli,bu silhlar köhnədir,amma bundan utanmayın. Onlar indi müharibədə lazımdır, ona görə də Ukrayna təcili bu silahlarla təchiz edilməlidir”.

“HIMARS” yaylım atəş sistemləri artıq bu müharibədə öz töhvəsini verib. Rusiya silah anbarlarını cəbhə xəttindən geriyə çəkməyə məcbur olub. Dnepr çayının keçilməsi böyük problemə çevrilib, Antonov körpüsü və Kaxovskaya SES-i üzərindəki körpü Ukrayna Ordusunun zərbələri nəticəsində böyük ziyan görüb. Amma hər halda ukraynaılılar üçün adi zirehli texnika yetərli sayda deyil, bu texnika olmadan Ukrayna çətin ki, əks hücuma keçə bilər.

Ruslan Leviev daha sonra bildirib: ”Müharibə uzanma mərhələsinə girib. İndi tərəflərdən heç birinin iri miqyaslı hücum üçün gücü yoxdur. Rusiyanın üçüncü ordu korpusu var və vəd veriblər ki, onlar yaxın günlərdə cəbhəyə göndəriləcək, lakin hələlik bu, baş verməyib. Hətta bu üçüncü ordu korpusu da bütün Rusiya ordusu kimi lazımi formada tam komplektləşməyib. Oraya yığılmış könüllülər indiyədək Nijeqororodsk vilayətindəki Mulino poliqonunda olublar və fakitik təlim görməyiblər.

Rusiyanın səhvi

Müharibənin altı ayını Leviev bir neçə mərhələyə bölüb. O, yaranmış vəziyyəti belə şərh edib:Birinci mərhələdə Rusiya ordusu Ukrayna ərazisində bir neçə istiqamətdə hücuma keçdi, amma Ukrayna sərhədinə yığılmış əsgər sayı kifayət edəcək qədər deyildi. Həmin mərhələdə Rusiya komandanlığı xeyli sayda səhvlərə yol verdi və nəticədə çoxlu sayda əsgər, tank, zirehli texnika və təyyarələr itirildi. Bu mərhələdə Rusiya ordusu tam uğursuzluğa düçar oldu.

Kiyevin alınmasının mümkünsüzlüyünü anlayandan sonra bütün güclərin Donbasda cəmləşdirilməsi ikinci mərhələnin başlanmasından xəbər verirdi. Rusiya bütün Luqansk vilayətini zəbt edə bildi, amma onların Donetsk vilayətini ələ keçirməsi müşkül görünür. Rusiya ikinci mərhələdə də istədiyinə nail ola bilmədi.я

Növbəti mərhələ Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini Rusiyaya birləşdirmək niyyətidir. İşğal olunmuş ərazilərdə Rusiyanın dövlət strukturları yerləşdirilib.

Belə görünür ki, onlar 11 sentyabra kimi bütün Donetsk vilayətini zəbt etmək və referendum keçirib Rusiyaya birləşdirmək istəyirdilər. Rusiya müharibəyə pauza verərək öz itirilmiş resurslarının yerini doldurub, status-kvo əldə etməyi planlaşdırmışdı. Ancaq göründüyü kimi rusların bu planı da uğursuzluğa məruz qalıb”.

V. Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-08-30 16:19:48

Bu Rusiya üçün nə millitarist muharibədir nə də vətən müharibəsi.Bu sadəcə iki qardaş xalqın üz-üzə qoyub qırdırılmasıdır və bunu da rusiya əsgərləri gözəl bilir və ölmək istəmirlər.. Demək ki döyüşmək istəmirlər. Putin ne atsada esgeri yerimirse faydası yoxdur. Yəni çağırın Nastiya xalanı desmal götürüb ağlasın Rusiyaya.

Son yazılar