Menu

“Şərurlu İsfəndiyar ağzına gələni danışır” - Misir Mərdanov

05.04.2025, 22:10
“Şərurlu İsfəndiyar ağzına gələni danışır” - Misir Mərdanov

“Əvvəla, onu qeyd edim ki, Azərbaycanda heç vaxt diplom satılmayıb. İnsanlarda yanlış fikir formalaşdırırlar. Necə yəni diplomu alıb?! Bəli, ola bilər, onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə getməyib və ya az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətləri yazıldığı üçün də onlara diplom verirlər. Bu, o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır, saytlar da bunu tirajlayır. Belə şey yoxdur, heç vaxt da olmayıb. Nə məndən öncə, nə mənim zamanımda, nə də məndən sonra”.

Bunları “Qlobalinfo.az” saytına açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov deyib. Sabiq nazir məşhur tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun övladlarına rüşvətlə diplom alması haqda etirafına münasibət bildirərkən bu barədə danışıb.

M.Mərdanovun sözlərinə görə, kiminsə saxta yolla diplom almasında nazirin məsuliyyəti yoxdur: “Hər bir universitetin rektoru nazirliyə məlumat göndərir ki, bu il təhsilini filan sayda tələbə bitirir. Rektorun da verdiyi saya uyğun universitetə boş diplom blankı verilir. Onu da müəllimlər doldurub, imtahandan qiymət alanlara verirlər. Nazir necə kiməsə diplom sata bilər?!”

Misir Mərdanov İsfəndiyar Axundovu insanları aldatmaqda günahlandırıb: “Şərurlu İsfəndiyar camaatla bir növ oynayır. Vətəndaşların başına oyun açan birindən nə gözləyəsən? İsfəndiyar Axundov bir evi beş adama satan biridir. Elə bilir ki, bu özü bir evi beş adama satdığı kimi, diplom da satılır”.

Şərhlər

Eliye cavab yazan beye 2025-04-06 22:06:16

Hörmetli bey melumunuz olsun ki biz Kapitalizm cemiyyetinde yaşayıruq.İsfendiyarsa konkret kapitaistdir.O nazir işlemeyib ki koppupsioner olsun Çobanluqdan gelib Kapitalist olub siz onu qebul etseniz de etmesenşz de?

Bayram 2025-04-06 19:53:09

Hər halda İsbəndiyar boyda adam yalan danışmaz...

Eli-yə 2025-04-06 16:55:56

Isfəndiyarın kapitalist olması şübhəli məsələdir.Çünki nə Azərbaycanda quruluş kapitalizmdir,nə də İsfəndiyardan kapitalist olar.İsfəndiyar çoban olub və elə də qalacaq.Sadəcə o firsətçidir.Amma belə firsətçinin hakimiyyət tərəfindən bəslənməsi çooox maraqlı məsələdir

Eli 2025-04-06 14:48:24

Ölkede 10 -kar belke de 100- lerle dövlet memuru var ki Bakının yarısından çoxunu onlar tikib ve onlar neinki tikinti sektorunda “azad reqabeti” öen deuerdim şqtisadiyyatı da demek olar ki naşıluqlatından çökdürübler Hamı da çox gözel bilir ki onkar kimlerdir.Ancaq bir jurnalist cesaret ecib onkarın adını çekmir.Ancaq “çobanluqdan “gelb “kapitalist” okana nirin kollektiv hücum teşkil efirler haq nahaqq

Azər 2025-04-06 12:56:46

Şərurlu İsfəndiyar ziyalı deyil, iş adamıdır, pul qazanmağı bacaran iş adamıdır, siz niyə ondan ziyalılıq gözləyirsiniz, heç bu adamın orta təhsil savadı da yoxdur,bizim ziyalılrımız bu günə qədər nə böyük işlər görüblər ki, siz bunu qeyri-ziyalıdan gözləyirsiniz, "onun məscidləri söküb yerində məktəb tikərdim" sözünü birbaşa fiziki mənada başa düşməyin, bu fikri bizim dini xurafata və dini fanatizmə qarşı olan böyük ziyalılarımız Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və başqaları da deyib..bu adam dindar olan işçilərindən zərər görüb və onda bu fikr fopmalaşıb..

Mubariz 2025-04-06 12:51:45

Bu adam özünü « çoban » adlandırsada dedikləri hamısı real həyatımızı işıqlandırır .Evladlrına diplomu pulla alıb , yalan danışmır ki , harada istəyir torpaq sahəsi alır bina tikir ,hamınında haqqını verir ,yalan demir ki , bir evi bir neçəsinə satır ,sonra məhkəmələrdə məsələni həll edir ,yalan demir ki ,.Məsləhət -vəzifəliləri ,beş -altı diplomu olanları bunun yanına praktika keçmək üçün göndərsələr daha yaxşı olar

tt 2025-04-06 05:16:03

Misir mellim, ferqi nedi , Hesen kecel yafa kecel Hesen ?

Eli-yə 2025-04-06 00:49:46

Azərbaycanda mövcud quruluşun adını ensiklopediyada tapa bilməzsiniz.Bu quruluş. Nə feodalizm, nə kapitalizm,nə də sosializmdir.

Eli 2025-04-05 23:05:48

Bu cemiyyet kapitalizm cemiyyetidir İsfendiyar da bu cemiyyetin yetişdirdiyi bir kapitalist.Burda teeccüblü heç ne yoxdur.İsfendiyar çox şey deye biler ancaq demir onu tenqid edenlerse xüsusen jurnalistler çox haqsız ve qeyri obyektiv danışırlar.İsfendiyarsa onlara baş qoşsa mence o haqlı olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol