Menu

Goranboyda yol qəzasında həlak olan hərbçiyə şəhid statusu veriləcək

29.08.2022, 10:42
Goranboyda yol qəzasında həlak olan hərbçiyə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.

"Report"un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.

Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Əsgər-qazi 2022-08-29 11:19:47

ƏVVƏLA NAŞI SÜRÜCÜYƏ AVTOMOBİL İDARƏ ETMƏK HƏVALƏ EDƏN ŞƏXS CAVAB VEMƏLİ.sONRA DA YOL QƏZASI HAR.şəhidlik hara! Allah rəhmət etsin.Buna heç kimin sözü ola bilməz.Amma sələnkarlıqdan qəza etmək,dövlətin avtomobilini zat etmək,obiri yandan şəhidlik.Xı bu uyğun gəlmirb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol