Menu

LEYLA ABDULLAYEVAYA YENİ VƏZİFƏ VERİLİB? - Özünün açıqlaması (Yenilənib)

29.08.2022, 14:37
LEYLA ABDULLAYEVAYA YENİ VƏZİFƏ VERİLİB? - Özünün açıqlaması (Yenilənib)

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.

Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir.

Məlumata əsasən, qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Leyla Abdullayeva ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda işinin başındadır və XİN mətbuat katibi səlahiyyətlərini icra edir.

Xatırladaq ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsini tutur. 

Şərhlər

Veten dashi 2022-09-02 17:35:46

Guya digər səfirlik əməkdaşlarının hamısı təcrübəli diplomatdı.Kimi vəzifədən cıxarırlar səfir göndərirlər.Bu hec olmasa danışmağı bacarır.Necə illər səfir işləmiş indi də müxalifətdə olan birisi var Azərbaycan dilində güclə danışır.Onların coxu öz dilində danışmağı "zapadlo" sayır...Boş verin ...

İbrahim 2022-08-31 12:32:58

Yanlış təyinatdır.Bu qızın müfəssəl tərcümeyi halı açıqlanmadığı,ixtisası,əmək fəaliyyətinin uyğunluğu
( jurnalist kimi mətbuat xidməti diplomatik fəaliyyət deyil1t), ,bəlli olmadığı halda diplomatik fəaliyyət göstərmək anlaşılan deyil. ....

Mühəndis 2022-08-31 12:13:03

Elə belə sifarişli təyinatlara görə XİN dişsiz bir topluma çevrilib....

Balaxanım 2022-08-30 11:31:52

Leyla Abdullayeva çox qısa zamanda, yəni üç il ərzində üç dəfə vəzifəsi və rütbəsi artırılmış əməkdaşdır. Normal əməkdaş bu yolu ən azı 10 ilə gedir.... Görəsən, xanım Abdullayeva vunderkind-midir? Bəlkə hansısa bir nailləti vardır, bizim xəbərimiz yoxmuş.... suallar... suallar...

Balaxanım 2022-08-30 11:15:25

Leyla Abdullayeva çox qısa zamanda, yəni üç il ərzində üç dəfə vəzifəsi və rütbəsi artırılmış əməkdaşdır. Normal əməkdaş bu yolu ən azı 10 ilə gedir.... Görəsən, xanım Abdullayeva vunderkind-midir? Bəlkə hansısa bir nailləti vardır, bizim xəbərimiz yoxmuş.... suallar... suallar...

Watchman 2022-08-29 15:13:13

Düzgün qərardır. ....ı. XIN-ə daha sanballı birisi lazımdir.

Fazil Qurbanov 2022-08-29 11:15:24

İşlərimiz xod gedəcək.Makron daha bizə dost olacaq.URA!!!.....

Qebeleli 2022-08-29 11:03:41

Ela. Bu qiz Cox savadli ve vetenperverdi indiye qeder sehve yol vermedi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol