Menu

Rusiya FTX-dan Duqinanın qətli ilə bağlı yeni açıqlama - Daha bir nəfər ittiham olundu

29.08.2022, 11:05
Rusiya FTX-dan Duqinanın qətli ilə bağlı yeni açıqlama - Daha bir nəfər ittiham olundu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Natalya Vovk ilə birlikdə Daria Duqinanın qətlini hazırlayan diversiya qrupunun daha bir üzvünü müəyyən etdiyini açıqlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, FTX tərəfindən müəyyən edilib ki, Duqinanın qətlini Vovk ilə birlikdə Moskvada Estoniya ərazisindən tranzitlə iyulun 30-da Rusiyaya gələn Ukrayna vətəndaşı,1978-ci il təvəllüdlü Tsqanenko Boqdan Petroviç hazırlayıb. Onun Duqinaya suqi-qəsdən bir gün əvvəl Rusiya ərazisini tərk etdiyi bildirilib.

FTX-dan verən açıqlamaya görə, Vovka saxta avtomobil nömrələri və Qazaxıstan vətəndaşı Yuliya Zaykonun adına sənədlər verən məhz Tsqanenko olub. Bundan əlavə, o, Vovk ilə birlikdə Moskvanın cənub-qərbində icarəyə götürdüyü qarajda əldəqayırma partlayıcı qurğu yığıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol