RUS BÖLMƏSİ ÜÇÜN “ÜSYANA QALXANLAR”... - Bu avantüranın cəfasını uşaqlar çəkəcək

Azyaşlı övladlarını rus dili bölməsinə yerləşdirmək üçün məktəblərin və təhsil şöbələrinin qarşısına toplaşmış paytaxt sakinlərinin “üsyan”ı heyrət doğurur.

Yəni indi bu nə deməkdir? Bura haradır, Həştərxandır, Smolenskdir, Samaradır, Blaqoveşşenskdir, nədir, hansı ölkədir?

34 il öncə başlayan vətən davasının, məşəqqətlər və qurbanlar hesabına olsa da, sonda uğurla nəticələnən dövlət müstəqilliyi mübarizəsinin sonu bu olacaqdımı ki, o zamanlar meydanları dolduran yüz minlərlə insanın nəvələri bu gün “rus sektorunda təhsil almaq” üçün məktəblərin önündə mitinqə çıxıblar?

“Azərbaycan dili dövlət dili olsun” deyə hələ sovet dövlətinin qılıncının kəsərli vaxtı yüksək dövlət vəzifəsi tutan ictimai-siyasi xadimlərimizin öz karyeraları, hətta həyatları ilə riskə getməsinin mükafatı belə olacaqdımı?

Budur, uzun illərdən sonra Azərbaycan türkcəsi müstəqil Azərbaycan dövlətinin rəsmi dilidir, amma onun paytaxtının on minlərlə sakini övladını bu dildə oxutmaqdan imtina edir.

Bəs insanlar nədən körpə övladlarına yad dildə təhsil vermək istəyirlər? Onlar bu addımlarını nəyə hesablayırlar? Bunu sosial-siyasi səbəbləri çoxdur, amma əsaslı səbəblər deyillər. Valideynlər məsələyə öz şablon düşüncələri, öz köhnə arşınları ilə yanaşırlar.

Onlar hansısa yanlış təbliğatın təsiri altına düşmüş, rus dövlətinin və rus dilinin gələcəyinə inanan valideynlərdir və övladlarını bu dildə oxutmaq körpə uşaqların yox, sırf onların iradəsinin məhsuludur. Sadəcə, bu avantüranın cəfasını başqa dili yüz bir əziyyət bahasına öyrənməli olan uşaqlar çəkəcək.

Üstdəki cümlədə gedən “avantüra” sözü havadan götürülməyib. Çünki regionda dəyişmək, yenidən formalaşmaq üzrə olan geosiyasi duruma müəyyənlik gəlincə, “rusdilli olmaq” insanlara heç bir üstünlük verməyəcək, əksinə, ana dilində yaxşı oxuyub-yaza bilməmək gənclərə hər fürsətdə mane olacaq.

Tendensiya budur ki, gələcəkdə dövlət idarəçiliyində, dövlət strukturlarında başqa dilləri əla bilən bilən, ancaq ana dilində danışarkən hıqqınan, fikrini ifadə edə bilməyən kadrlar özlərini diskomfortda hiss edəcəklər. Onlar ingilis diliylə yanaşı, dövlət dilini yaxşı bilən kadrlara uduzacaqlar.

İndilikdə durum belədir ki, xarici dil kimi ingiliscəni öyrənən gənclər paralel olaraq ana dilini də yaxşı öyrənirlər və onların çoxu təhsillərini sonradan Avropanın ən yaxşı universitetlərində davam etdirirlər. Dövlət də bu proqrama külli miqdarda vəsait ayırır. Rus bölməsində oxuyanlar isə yalnız rus dilini öyrənirlər, bu zaman ana dilini ikinci, üçüncü plana keçirirlər, hətta, ümumiyyətlə, plana salmayan, sırf “russkoyazıçnı” olanlar olur. Sanki onlar ixtisaslı kadr olaraq yalnız Rusiya dövləti üçün yetişirlər.

Daha pisi odur ki, son illərin təhsilə dair statistik göstəricilərinə görə, rus dili bölməsində təhsil alan abituriyentlərin bilik əxz etmə əmsalı çox aşağıdır, ortalama götürsək, 3+ səviyyəsindədir. Başqa sözlə, sovet vaxtı yüksək səviyyəli təhsil vermələri ilə ad çıxaran rus bölmələri artıq çoxdan o qabiliyyətlərini itiriblər. Bu bölməni qurtaranların tam əksəriyyəti sonradan heç bir universitetə daxil ola bilmir, eləcə dükan-bazarda, evdə, həyətdə rusca danışırlar – o da məişət səviyyəsində, o da danışıqda çoxlu yerli və başqa dillərə məxsus olan sözlər işlədərək.

Bir sözlə, rus dili bölməsində təhsil məsələsində biz millət olaraq yanlış yoldayıq. Bu, xüsusən paytaxtda daha qabarıqdır, sanki sakinlərdə rus dilində oxumaqla bağlı yanğı var. (Sovet dövründən qalıb-nədi?). Digər iri şəhərlərimizdə, rayon mərkəzlərində ümumi axına qoşulanlar azdır.

Ən yaxşısı, ibtidai təhsili də, orta təhsili də ana dilində almaq, ehtiyac varsa, rus dilini yuxarı siniflərdə öyrənməkdir. Bu sətirlərin müəllifi rus dili orta məktəbdə də yox, ali məktəbdə öyrənib və bu dil onun karına yalnız kitablar, məqalələr tərcümə edəndə gəlir.

Anlamalıyıq ki, biz rus dilini ruslardan da yaxşı bilsəydik, bizi rus dövlətinin idarə edilməsinə cəlb etməyəcəklər, biz onlar üçün əcnəbiyik.

Adamı ağrıdan ən böyük detal isə başqadır. Arazın o tayında “Azərbaycan türkcəsində təhsil almaq hüququ” uğrunda mübarizə aparan yüzlərlə soydaşımız ya edam olunub, ya da həbslərdədir, bu tayında isə onların qardaş-bacılarının üsyanı “övladlarının rus bölməsində təhsil alması uğrundadır”.

Bax, bu, dünyanın ən qəribə və ən paradoksal hadisəsidir. (musavat.com)

635x100

Şərhlər

TARIX 2022-08-30 10:08:38

DİLİMİZ BİZİM MİLLİ KİMLİYİMİZDİR.ONA XƏYANƏT KİMLİYİMİZƏ XƏYANƏTDİR.

Veteran 2022-08-30 09:17:12

Beləlkərinin nə millətə ,nə xalqa ,nə də dövlətə xeyri dəyməz parazit qurdlar kimidirlər.Antimilli ünsürlər siz nə vaxt boş başınızla qərar qəbul edəcəksiniz. Heş olmasa ağıllı insanlara qulaq asın.Siz nə vaxt qammazlığın daşını atacaqsınız.Burada günah təkcə belərində deyil "ziyalı" adlanan yaltaq və yuxarıların əlində yalllananlar da da günah böyükdür.

Афиг 2022-08-29 22:34:03

onlar övladlarını satqın,manqurd yetişdirən məktəbə verməklə özlərinin də o yolun yolçuları oldugunu sübut etmiş oldular,aparsınlar uşaqlarını Rusiyada oxutsunlar,bura Azərbaycandır,onlar altımıza gələcəyin minalarını düzürlər,dövlət bunun qarşısını qətiyyətlə almalıdır.

lala metin 2022-08-29 21:49:42

Çox ayıb olsun 20 yanvar Xocalı Qarabağ və butun faciələrimizin baiskarı rusdur manqurtlar gedin Rusiyada yaşayin nə qələt edirsiz orda edin buranın suyu çörəyi sizə haramdır.

Amin 2022-08-29 20:44:58

salamlar ..Yuxarida deyilenlerle raziyam,amma oz dilimizdeki tehsili ele gune salinib ki valideynlet diger dillere qacir......Turk mektebleri acmaq lazimdir paralel .... Ingilis diline de ustunluk verilmelidir... rus dilini secmekle boynumuza oz elimizle kendir baglayiriq

cavab 2022-08-29 18:40:34

Məncə tək ingilis dili kifayət edir. Gəncə iş verməmək üçün bu tələb qoyulur. Bunu hamı bilir.

Türk Turan 2022-08-29 15:57:37

Dövlətimizin başçısı dərhal bu məsələyə son qoymalıdır. Bu sadəcə olaraq biyabırçılıqdır. Allah ağıl, hidayət versin belə nankor valideynlərə!

korrektor 2022-08-29 15:44:25

Artıq belələri manqurdlaşıb!

esger 2022-08-29 15:28:28

Ya bunlar kördu ya da 20 yanvar Şəhidlər xiyabana getməyiblər və ordaki qəbr üstü şəhidlərin adını oxümayıb və Qarabağda xəlak olanların siyahısı ilə tanış olmayıb bu nadanlar

Əlibəy Nəzərli 2022-08-29 14:53:58

onlar potensial antiazərbaycançılardı,onların hamısı siyahıya alınaraq nəzarətə götürülməlidir,rus dilində təhsil baglanmalı,ürəyi istəyən pullu hazırlıq kurslarında buna yiyələnməlidir,Bəyəm Rusiyanın perspektivinin ölməsi göz önündə deyil?

Elman 2022-08-29 14:51:22

Biraz kecsin rus dili rusun ozunden bawqa kimseye lazim olmayacaq.

Fərda 2022-08-29 14:48:06

Hamısı agent yetişdirən nadanlardır.

Mubariz 2022-08-29 14:31:20

FFarsa itlik edənlər azı idi, indi də rusa itlik etməyə başlayan şərəfsizlərə ar olsun. Təhsil türk dilində olmalıdır. ORTAQ TÜRKCƏ YARADILMALIDIR

pensioner 2022-08-29 14:17:24

Bəlkə İrana xoş gəlmək üçün farsdilli məktəblər də açaq?

Senan 2022-08-29 13:48:09

Öz dilini bilməyib başqa dilə yiyələnmək istəyənlər qjul,nökər lakeydirlər.Onlardan hərcūr əclaflıq gözləmək olar

t.ədalət 2022-08-29 13:00:22

Dövlət bizi 20 Yanvarda,Qarabağda qətl edən Rusiyanın dilində məktəbləri büdcə təminatından çıxarıb o dildə təhsil almaq istəyənlərin öz üzərinə qoymalıdır.Rus dilindəki məktəblər özəlləşdirilib pullu olsun.Bir-iki ildən sonra əsgər çəkməsinin dolağı səviyyəsinə düşəcək rus dilində təhsil almaq istəyənlər pullarını ödəyib uşaqlarını oxutsunlar.

Elmira 2022-08-29 12:44:41

Biabırçılıq! Ar olsun belə atalara-analara!!!

Elmira 2022-08-29 12:42:51

Rus dilində uşaqlara təhsil vermək istəyən valideynlər Böyük səhv və Qələt edirlər! Nadanlar! Belə adamlardan elə beşinci kolon düzəlir!

Seymur 2022-08-29 12:31:33

Vətənpərvərlik insanın qanında olmalıdır

t.ədalət 2022-08-29 11:55:13

Rus dilini istəyənlərin geni qarışıq,özləri isə anti-türk tərbiyəsi almış adamlardır.Öz dilini atıb xain bir dövlətin dilinə meyllənən adfamlar,güman ki,.... belə qoruya bilməyənlərdir....

Son yazılar