Menu

ARİF BABAYEV YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ - DTX polkovniki bu nazirliyə getdi

29.08.2022, 19:49
ARİF BABAYEV YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ  - DTX polkovniki bu nazirliyə getdi

Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

APA xəbər verir ki, bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Sənayesi Nazirliyindən məlumatı təsdiqləyiblər.

Şərhlər

Arif Babayev 2022-08-30 11:52:55

Arxa cəbhədə hamını qəhraman etmək olar.....

Baba 2022-08-29 22:30:15

İt yiyəsini tanımır. Kim kimi hara istəyir təyin edir.Bunu ora onu bura.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol