Menu

"Darya Duqinanın qatili öldürüldü" - Avstriya mediası + FOTO

29.08.2022, 15:49
"Darya Duqinanın qatili öldürüldü" - Avstriya mediası + FOTO

Rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın qətlində şübhəli bilinən Natalya Vovkun öldürüldüyü ilə bağlı iddialar yayılıb.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avstriyanın “Express” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Natalya Vovkun cansız bədəni kirayədə qaldığı mənzildə tapılıb. Vovkun ölüm səbəbi kimi, 17 bıçaq yarası alması göstərilib.

Bu xəbərlə bağlı Avstriya Daxili İşlər Nazirliyindən də açıqlama gəlib. Rusiyanın “Sputnik” agentliyinə danışan səlahiyyətli şəxslər Vovkun öldürülməsi ilə bağlı yayılan iddialarla bağlı məlumat verə bilməyəcəklərini deyiblər.

Xatırladaq ki, sui-qəsdin ardından Natalya Vovkun avqustun 21-də Rusiya sərhədindən keçərək Estoniyaya qaçdığı bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol