Yaponiyanın Baş naziri Fumio Kisida 3 il ərzində Afrika ölkələrinin inkişafı üçün 30 milyard dollar ayırmağı vəd edib.
Xəbəri «Kyodo» yayıb.
Kisida bu barədə şənbə günü Afrika ölkələrinin inkişafı üzrə Tokiyo beynəlxalq konfransında çıxışı zamanı bəyan edib.
Vəsait, xüsusilə insan kapitalına investisiya qismində və iqtisadi artımın stimullaşdırılmasına yönəldiləcək. Kisida həm də qeyd edib ki, 4 milyard dollara yaxın vəsait «yaşıl» iqtisadiyyatın inkişafına yatırılacaq.
Konfrans Tunisdə keçir, amma Yaponiyanın Baş naziri videorabitə üzrə çıxış edib, belə ki, o, bundan əvvəl koronovirusa yoluxub.
AzPolitika.info


Şərhlər