Menu

Xersonda bu gün nə baş verir? – Jurnalist danışır

30.08.2022, 17:46
Xersonda bu gün nə baş verir? – Jurnalist danışır

Ukraynalı hərbçilər Xerson vilayətində işğalçıların müdafiə xəttini yarıblar. Mülki əhalidən sığınacaqda yerləşmək xahiş olunur, axı rusiyalılar tərəfindən müvəqqəti işğal olunmuş şəhərlərdən təxliyə olunmaq imkanı yoxdur.

Xersondan təxliyə olunmaq fürsəti tapmış «TSN»-nin müxbiri Yelena Vaninanın şəhərdə mənbəsi var, ona görə də oradakı situasiya və yerlilərin əhvalı barədə danışıb.

Jurnalistin sözlərinə görə, dünən ukraynalı hərbçilər rusiyalı işğalçıların texnikasının toplandığı məntəqəni vurublar, bu gün isə işğalçıların hərbi hisəsini.

Dnepr üzərindəki körpülər keçilməz olub, adlamaq yalnız ponton keçidlərin köməyi ilə mümkündür.

«Çıxış çətinləşib, insanlar üçün Xersondan çıxmaq getdikcə çətinləşir, çünki keçidi 7 saat növbədə gözləmək lazımdır. Sonra isə Vasilevkadakı blokpostda 5-7 gün gözləmək lazım gəlir» - jurnalist xəbər verir.

Onun sözlərinə görə, yerli əhali USQ əks-hücumuna çoxdan hazırdır, onlar hələ apreldə su və ərzaq ehtiyatı toplayıblar. Eyni zamanda insanlar Xersonun artıq azad olunacağı barədə bəyanatları dinləməkdən yorulublar, axı bu, işğal müddətində daim səslənir.

«Əks-hücum və müdafiə xəttinin yarılmasını USQ təsdiqləyir və biz, gözə gətirməkdən qorxuruq. Bizim hərbçilərin uğurlu əməliyyatını çox istəyirik» - Yelena Vanina əlavə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol