Menu

"Ukrayna Ordusu cənubda bir neçə istiqamətdə irəliləyə bilib" - Britaniya kəşfiyyatı

31.08.2022, 10:33
"Ukrayna Ordusu cənubda bir neçə istiqamətdə irəliləyə bilib" - Britaniya kəşfiyyatı

Ukrayna Ordusu cənub istiqamətində əks-hücum zamanı bəzi istiqamətlərdə cəbhə xəttini irəli çəkə bilib.

APA xəbər verir ki, bu barədə Britaniya kəşfiyatının açıqlamasında deyilir. İrəliləyiş Rusiyanın Xerson istiqamətindəki müdafiə mövqelərinin zəif möhkəmləndirilməsi ilə əlaqələndirilib.

Britaniya kəşfiyyatı Rusiyanın öz müdafiə xəttindəki boşluqları doldurmaq üçün ehtiyat qüvvələrindən istifadə edəcəyini proqnozlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol