Menu

NAZİR MƏRHUM RƏİSİN OĞLUNA VƏZİFƏ VERDİ - Regional Mərkəzə rəisi təyin etdi

31.08.2022, 20:38
NAZİR MƏRHUM RƏİSİN OĞLUNA VƏZİFƏ VERDİ - Regional Mərkəzə rəisi təyin etdi

Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna yeni vəzifə verib.

“Qaynarinfo”nun məlumatına görə, nazirin müvafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad olunaraq, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi rəisi təyin olunub.

Qeyd edək ki, Gəncə Regional Mərkəzi rəisi polkovnik Asif Eltufat oğlu Məmmədli FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini - qərargah rəisi təyin edilib.

Şərhlər

işsiz 2022-09-01 09:33:04

Dünya dəyişib ancaq bizdə kim kimin oğludur,kim haralıdır,kimin qohumudur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol