Menu

NATO Türkiyəni təbrik etdi - Yunanıstan etiraz edir

31.08.2022, 17:32
NATO Türkiyəni təbrik etdi - Yunanıstan etiraz edir

NATO Quru Qoşunları Qərargahı Türkiyəni Silahlı Qüvvələr günü və Dumlupınar döyüşündəki tarixi qələbənin 100 illiyi münasibətilə təbrik edib. “AzPolitika.info” xəbər verir ki, Yunanıstan NATO-nun Baş katibinə bu təbriklə bağlı sərt etirazını bildirib. Yunanıstan XİN məsələyə dair rəsmi etirazını çatdırıb.

NATO-nun sözügedən qərargahı Türkiyəyə ünvanladığı təbrikdə deyir: “Biz NATO-dakı və ondan kənardakı Türk müttəfiqlərimizin Qələbə və Silahlı Qüvvələr Günü bayramına qoşuluruq”.

Rəsmi Afina hesab edir ki, bu təbrik Yunanıstanın aşağılanmasıdır və yersizdir. Çünki təbrikdə barəsində bəhs edilən qələbə tarixi Dumlupınar döyüşündə yunanlar üzərində çalınıb. Bu döyüş Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrinin son döyüşü kimi tarixə keçib. Döyüş 1922-ci ilinavqust ayının 26-dan30-na qədərTürkiyəninKütahya ilinin Dumlupınar ilçəsində baş verib və yunanların darmadağın edilməsilə nəticələnib.

“AzPolitika.info” 

Şərhlər

Veteran 2022-09-01 09:42:45

Bizdə Təbrik Edirik !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol